Zəhərli çörək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 4 815
Səs ver:
(səs: 3)
Nə tökərsən aşına, o da çıxar qaşığına. (Atalar sözü)
Tez-tez evinin qapısını döyüb dilənən qadından bezib olduqca narahat olan evin xanımı bir gün yenə eyni dilənçi qapısını döydüyündə ondan xilas olmağa qərar verər. Dilənçiyə bir az gözləməsini söyləyib mətbəxdən bir parça çörək götürüb ortasından kəsərək arasına pendir və zeytun yerləşdirər. Təbii ki, bu vaxt arasına həşərat öldürmək üçün istifadə etdiyi qüvvətli zəhərdən tökməyi də unutmur. Çölə çıxıb çörəyi dilənçiyə uzatdığı zaman qadın "Allah razı olsun" deyib evdən ayrılır.
Qarnı ac olan qadın bir məscidin həyətində bir az əvvəl ona verilən çörəyi çıxarıb yemək istəyərkən əl-üzünü yuyan bir əsgərin ona baxdığını görür. Əsgərin halından yoldan gəldiyi və yorğunluğu aydın görünürdü. Dilənçi əsgərin baxışlarından onun ac olduğunu və sanki "bir az da mənə ver" dediyini duyur. Gəncin halına acıyan qadın çörəyin hamısını əsgərə verir və oradan uzaqlaşır.
Dilənçi qadının verdiyi çörəyi iştahla yeyən əsgər çox keçmədən ağrıdan qıvranmağa başlayır. Bir müddət sonra məscidə gələn camaat yerdə qıvrılan gəncin kim olduğunu və ona nə olduğunu soruşub öyrəndikdən sonra evinə aparırlar. Gənc əsgər bir az əvvəl məscid həyətində bir dilənçi qadının ona çörək verdiyini və o çörəyi yedikdən sonra bu hala düşdüyünü deyəndə qadın dilənçiyə verdiyi çörəyi xatırlayır və başından aşağıya qaynar su tökülür sanki. "Mən nə etdim?" deyə çırpınmağa başlayır, amma iş işdən keçmişdir. İgid cavan oradaca həyata gözlərini yumur.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 4 815
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri