Ayaqyalın...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 007
Səs ver:
(səs: 7)
Ayaqqabısının taqqıltı səsləri, iradəli addımlayan insan təəsüratını yaradırdı. Sanki atın ayağına vurulan nal kimi elə sürətlə yeriyirdi ki, sanki növbəti addım kiminsə tapdalanacağınla nəticələnəcək. Ayağın damarlarındakı gərginlik, heçdə xoş addımlardan xəbər vermirdi.
Məgər həyatın sərtliyinə , sərt addımları inad idimi ?!
 
Yox! O, bu qədər acımasız deyildi...
Yolun tam ortasında ayağındakıları çıxardaraq idman ketlərini ayağına geyindi. Addımlarında yeriş sürətləndi. Hətta qaçdı. Son nəfəsə tək qaçdı , tullandı, oynadı.
Məgər həyat onun hissləri ilə oynadığı kimi , qaçışı həyata inad idimi?!

Yox! O bu qədər yalandolu yerişlərə öyrəşməmişdi...
Ketin iplərini belə açmadan, çətinliklə belə olsa onu ayağından çıxartdı. Sildi atdı yalandolu gülüşlü insan obrazını. Verdi ayağındakıları yoldan keçən dilənçiyə keçirtdi ayağına qaloşu gəzdi şəhərdə səfil kimi. Arada bir ayağını yolda sürütdədi insanların əsəbləri ilə oynadı.
Məgər həyat onu sürütdədiyi kimi, onun da hərəkəti həyata inad idimi?!
 
Yox! O bu qədər mənliyini ucuzlaşdırmamışdı...
Yolun ən çətin anına gəldi. Çətin, uğur, sevgi, məsuliyyətdolu bir yol idi. Cırıq qaloşları ayağından çıxardaraq , ayaqyalın yeriməyə başladı. Daşlar, çınqıllar, incitsə belə, palçıq ipəktək dərisini çirklətsə belə, qarda ayaqları buz olsa belə, yayda asvaltın istisindən yansa belə, yenilmədi! O heç kəsə , hətta brend düşüncəli insanların hazırladığı ayaqqabılara belə aldanmadan ,möhtac olmadan bu yola addım atdı...
Çünki, bilirdiki qazanacağı uğuru onun bütün ağrılarını sağaldacaq. Çönüb arxasına baxdıqda isə ayaqqabısın dabanları sınan, ketinin açılmış iplərini ilişib yıxılan, cırıq qaloşda gülüş hədəfi olanlar kimi olmayacaq!
(səs: 7)
Şərhlər: 7
Baxılıb: 2 007
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri