Sürpriz

Müəllif: tek umidim sen
Şərhlər: 16
Baxılıb: 753
Paylaş:
Səs ver:
(səs: 3)
Qapı döyüldü. Qarı bütün gücünü toplayıb oturduğu yerdən qalxdı və qapıya doğru yönəldi. Gələnlər oğlunun əsgər yoldaşları idi. Qarını unutmur, həftədə, ayda bir baş çəkib, onun dərd-səri ilə maraqlanır, bir ehtiyacı olub-olmadığını soruşurdular. Hər ikisi qarının əlini öpdü və uzun boylu:
— Anacan, vaxtını almayacağıq, gəldik ki, baş çəkək, öyrənək görək bir ehtiyacın varmı?- söylədi. Qadın qətiyyətli bir səslə:

— Heç elə şey yoxdur. Buyurun içəri keçin, bir şey yeyib-içməsəniz, sizi burdan buraxan deyiləm, — söylədi. Həm də o qədər amiranə, ərklə dedi ki, gənclərin içəri girməkdən başqa çarələri qalmadı. O həmişə belə olmuşdu, çünki ehtiyac görməmişdi. Evində başının tacı bildiyi əri, qarşısında nər kimi oğlu olmuşdu. Amma indi heç biri onun yanında deyildi, Haqq dünyasına köçmüşdülər.

Oğlu savaşda şəhid olmuş, əri də bir il keçmədən əbədiyyətə qovuşmuşdu. İndi o ərli, oğullu günlərin alışqanlığı ilə gəncləri içəri dəvət eləmişdi ki, süfrə açsın. Amma heç evdə nəyin olub-olmadığını düşünməmişdi belə. Gənclərdən birisi qapıda gəzişən toyuqları görüb:

— Yaxşı, anacan, bir halda ki, məsələ belədir, onda səndən bir xahış edim: Çox əziyyət çəkmə, hərəmizə iki yumurtanın qayğanağını elə, yeyib gedək. Özü də o vaxt bişirirdin haa, hər biri dən-dən, ayrı-ayrı dursun.                                       Gənclər keçib oturdular, hal-əhval tutdular. Ötən günləri xatırlayıb kövrəldilər.

Ananın şəhid olan oğlu da yumurtanı belə yeməyi çox xoşlayırdı, hər dəfə də anasına deyirdi ki, tavanı qarışdırmasın, qaba necə çırpıbsa, eləcə də süfrəyə gətirsin. İndi bu gənclər də bu xahişlə əslində o dostluğa sadiq olduqlarını isbat etmək istəyirdilər. Bilirdilər ki, ananın bu cür ərkdən xoşu gəlir.     

Qadın da mətbəxə getdi və birdən ağlına gəldi ki, toyuqlar üç gündür bir yumurta da verməyib, qabın dibində də cəmisi iki yumurta qalıb. Yumurtaları ovcunda tutub bir müddət eləcə qaldı, əlindən başqa bir şey gəlməyəcəyini düşünüb köksünü ötürdü. Daha neyləmək olardı ki… Yumurtaları bir-bir yağı dağ olmuş tavanın qırağına vurub qırdı və ortadan ayırıb yağın içinə çevirdi. Qarşısındakı mənzərədən özü də heyrətə gəldi: qazanda dörd yumurta sarısı vardı, sən demə hər yumurta cüt sarılı imiş.

loading...
(səs: 3)
Şərhlər: 16
Baxılıb: 753
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
GünƏşimƏ_AiD_
Any Cox ela idi...Allah hec kesi darda qoymur
2 iyul 2015 00:54
16
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"
Offline
wenikmurik
allaha qurban olum
1 iyul 2015 23:46
15
Bugunume wukr!
Offline
aziz a
Allahim hemd olsun, sukur olsun senin varligina...
1 iyul 2015 21:42
14
Rebbim kömek olsun cümlemize Amin
Offline
vipbetul
Allah qurban olum her sey onun elindedir hec bir qulunu bas eyri etmez cox sukur onun boyluyune hikmetine
1 iyul 2015 21:38
13
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
efsane..
ay ne gozel hekaye idi ne gozel olub
1 iyul 2015 21:19
12
Offline
qanadli melek
Allah sevdiyi bendelerini hec vaxt darda qoymaz
1 iyul 2015 20:41
11
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
aliceWOnDer
Allah boyukdu qulunu darda qoymaz..
1 iyul 2015 20:28
10
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Online
ell.nell
Nedense gozlerim doldu.Tşk paylaşıma gore
1 iyul 2015 20:22
9
Offline
Tomris Müslümova
Allah hər zaman ona ehtiyacı olanın daına çatır mütləq
1 iyul 2015 20:06
8

Sən sadəcə mənimsən...!
Offline
BARBI
Allah hec vaxt insanlari darda qoymaz yardim olannara her zaman el uzadar
1 iyul 2015 19:36
7
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Çox gözel hekayedir,Allah gözel qelbli insanları heç zaman darda qoymaz,teşekkür.
1 iyul 2015 19:23
6
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
Narın Yağış
Elədə belə qısa hekayələri oxuyan deyiləm.Bölümlü hekayələi sevirəm daha çox.Bu hekayənin adı nəsə cəlb etdi deyə oxudum çox maraqlı hekayə idi..Müəllifə təşəkkür.
1 iyul 2015 18:53
5
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
Mrs. Perfect
Allah anani darda qoymuyub komeyine catib maraqlidi))
1 iyul 2015 18:48
4
Men Isteyiremse Olmalidir, Olacaq. Belke Cetin Olacaq Ama Olacaq . . !
Offline
Fialka
Təsirli hekayə idi, ananın tək qalmağı, onun oğlunun belə əsl dostlarının olmağı ...Qonaqlarda umduğunu deyil bulduğunu, istəyiblər lakin öz ruziləriylə olub Allah darda qoymayıb ananı...
1 iyul 2015 18:44
3
Offline
teri meri
aaaa nə yaxşı olub çox maraqlıdı
1 iyul 2015 18:36
2
Şüşə kimi olacaqsan həyatda səni qıranı kəsəcəksən
Offline
ALESSANDRA
qeseng hekayedi
əla 21
1 iyul 2015 18:33
1
Don't trust anyone ∆

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv