İnkar etməyin! Gerçəkdir!

Şərhlər: 10
Baxılıb: 2 068
Səs ver:
(səs: 4)
Bir mürid öz mürşidinə dedi: -Adamlar məni bezdiriblər. Boş-boş suallar verir, mənasız sözlərlə vaxtımı alırlar. Nə edim? Mürşid dedi:
-Yoxsuldusa, borc ver, varlıdısa, borc istə. Bir də gözünə görünməyəcəklər
 
Loğmandan soruşdular: -Ədəbi kimdən öyrəndin? Dedi: -Ədəbsizlərdən. Onlarda gördüyüm pis hərəkətləri təkrar etmədim.
 
Pis səsli birisi ucadan Quran oxuyurdu. Onun yanından keçən arif soruşdu: -Bu Quran oxumağın üçün sənə nə qədər verirlər? -Heç nə qədər. -Bəs niyə özünə əziyyət verirsən? -Allah xətrinə oxuyuram. -Allah xətrinə, oxuma!
 
 Bir alimdən soruşdular:
-Bir adam gözəl bir dilbərlə xəlvət otağa çəkilə, qapını daldan bağlaya, o, gözəllərin əlindən özünü qurtara bilər?
-Gözəlllərin əlindən qurtarsa da, söz gəzdirənlərin əlindən qurtara bilməz
 
Bir kişinin gözü ağrıyırdı. Baytarın yanına gedib dedi: -Gözümü müalicə et. Baytar heyvanların gözünə çəkdiyi dərmandan onun gözünə çəkdi. Kişi kor oldu. Onlar dalaşıb hakimin yanına getdilər. Hakim dedi: -Baytarın təqsiri yoxdu. O kişi heyvan olmasaydı, baytarın yanına getməzdi.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 2 068
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri