Unudulmuş dünənlər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 124
Səs ver:
(səs: 1)
Heç kimə lazım deyil köhnə mahnılar,onları əvəz edən yalanlar var artıq.Unutduq və itirdik ən gözəl gerçəklikləri. Biz eyni insanlar,amma ayrı yalanlara aldanan kəslərik.Bu şəhər bizim deyil,artıq küləklərdə dəyişib, öz istiqamətini. Təbiətidə satın aldılar,çox qorxuram, mənə yetişməklərinə bir şey qalmayıb.Aman Allah bu nə müharibədi? Xahiş edirəm icazə vermə, mənidə öz oyunlarına daxil edib,qurduqları planların qurbanı etsinlər. Çox iyrənc səsim var,çox yorğunam. Böyüdükcə hər şeyi itirirəm,böyümək buyumuş?
- Bu şəhərdə itirdik özümüzü,sərhədləri aşıb keçdik artıq.Daha məndə vecsizləşərəm, sevgini üç-dörd qadına satmaq üzrəyəm...
- Bəs planlar harda qaldı?
- Axı, hələ sarı saçları olan gözəl bir qız sevəcəkdim,noldu,İlahi bizə noldu?
- Gözəl bir qızın əlindən tutub xəyallar qurmaq üçün böyümək istəmişdim, belindin tutub,bir günlük dad çıxarmaq üçün deyil.
- Bu millətdə abır qalmadı,itirdilər, insana məxsus olan hər bir hissi,hər bir duyğunu. Allahım elə bir yağış yağdır ki, bu dünyanın üzərinə,itirdikləri hər bir hiss üçün əzab çəksinlər.Çox mənasızdır günüvü parklarda keçirib,maraqsız bir maraq üzərində çalışmaq.
- Allahım yoxsa sən belə olmasını istəmisən?
- İlahi mən nə danışıram?!
- Mənə nə,o məxluqlara görə fikir çəkim ?!
- Amma ən yaxın sandığım insanlarında belə olduğunu görəndə.... Bəlkə mən səhv düşünürəm?! Mən seçilmək məcburiyyətində deyiləm,onlardan biri olmaq üçün hələ gec deyil bəlkə....?
- Nə vaxtsa hər şeyi dərk edib,geriyə boylananda,nələri yarımçıq tullayıb gəlmişik?! -deyə özümüzü lənətləyəcəyik... Keçmişə bir gün qayıdıb, o hissləri keçirmək lazım,möcüzəvi və heyratamiz hisslər ölkəsinə,yəni uşaqlığımıza.Məktəb vaxtlarını,yağan qarı,ilk sevdiyin qızı,radioda oxunan musiqini, yenidən görüb,yenidən hiss etmək.... Gözəl olmazmıydı dostum?
İnsan yüz yaşa kimi ömür sürə bilər,amma on beş yaşdan sonra hisslərinə vida edir,çünki artıq böyümüş olur.
- Böyümək ala biləcəyimiz ən böyük cəzadı və biz o cəzanı hər gün qazanırıq,ömür sürərək. Niyə ən böyük cəzalara qatlanıb,quru sözlərin bizi bir ömür yaşadacağına inanırıq?
- Ən şirin uşaqlıq xatirələrini,ən acı gerçəkliklə əvəz etmək nə dərəcədə düzgündür?! Anlamırıq heçnəyi,dünənləri unutduq biz! Əslində həmin dünənlər idi,kimliyimizi gerçəkləşdirən.Qısqanc ruhumuz, özümüzə xəyanət etdiyimiz üçün, bizi bağışlarmı sanırsınız?!
- Əsla!
- Gözləmədiyimiz zərbələr bizə nə şirin oldu belə?! Susuruq, ağıllı insanıymışıq kimi. Unutmayın,əsla unutmayın ki,bir gün bu yazıları unudacaqsınız!

Müəllif: Süleyman Əliyev
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 124
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri