Qüsurlu gerçəklik

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 054
Səs ver:
(səs: 2)
-Bu gün dahada ilahi bir hisslə qarşılaşdım. Bu gün bir daha güzgü önünə keçib,qocaman görünən üz cizgilərimə diqqət yetirdim. Yarım qalmış yazımı tamamladım.Və yenədə sual verdim.
"Dəyişən nə oldu?"
Sual,sual ardınca gəlir. Oxşar görünən insanlara baxıb,özümü onlarla tamamlayacağımı düşündüm. Yalnız onlarla əksik oldum,əksinə itirdim. Sol tərəfdə döyünən və həkimlərin dediklərinə görə 'yaşam üçün vacib sayılan' ürəyimi itirdim. Mən onlar ola bilmədim,olmaqda istəmədim.
-"Nəyi yaxşıdır axı saxta görünməyin?"
Vacib amillərdən biri idi,bu onlar üçün. Həyatımın xoş keçəcəyinə dair vədlər verib,imzalamağımı istədilər.
- Sənədlərimi?
Yox,yox sadəcə "insanlardan" biri olmağımı. Nəyi yaxşıdır siz olmağımın?
Hər gün sizin 'günəş və aydan ibarət olan'ömür yaşamınızın bir parçaşı olmaq,sonra günəş çıxarkən istidən bezmək,qar yağarkən günəşi arzulamaq... Bunlar bezdirici olmurmu?
- Ümumiyyətlə siz xoşbəxtliyi nədə görüb,nəyə deyirsiniz?
Çimərliklərdə suya tullanmaq və masaj salonlarında yorğunluğunuzun dadını çıxartmaq? -Bumu?
- Siz sadəcə öz yorğunluğunuzu,öz zəhmətinizi,öz aldanışlarınızı mükafatlandırırsınız. Bu xoşbəxtlik yox,sadəcə yoxsulluqdur. Bəh-bəh deyib,iştahla yeyib bitirmək istədiyiniz yoxsulluq.Zəmət olmasa ətafa baxn! İtən əşyalar kimisiz,yalnız öznüzü tapdıqda, özünüz tərəfindən mükafatlandırılırsınız"
- Doğurdanmı bu sizə zövq verir?
- Nə?
-Özünüzü bitirmək!
Xoşbəxtlik dolu ətrafınıza baxın,seyr edin yağışdan sonra ətrafa saçılan göy qurşağını. Nə fərqi var,bir çox rənglərdən ibarətdir,nolsun ki,ağ-qara yoxdur?! -Özünüzə xas olan rəngi seçin. Niyə məhz başqa rənglər əlavə olunmuyub deyə irad bildirməyin. O Tanrının əsəridir!
- Bu gün pəncərənin önündə çölə baxıb söylədim:Nə var axı çöldə,nə var axı evdə?! O qədər mənasızlaşıb ki həyat,lap adamın böyüklərə yazığı gəlir.İnkişafda olan xalq,əslində birazda kiçilir."Çox şey əldə edə bilərdik əslində,xoşbəxtlik pulla satılmasaydı".Biraz ayılsaydıq,günəşin sadəcə istidən,küləyin yalnız əsintidən ,qışın ancaq soyuqdan,payızın təkcə sarıdan ibarət olmadığını anlayardıq.
Belə davam etsə,övladlarımız bizdən yalnız bir sual öyrənəcək"həyata niyə gəldim?!"...
Müəllif: Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri