İbrətli Hekayə! - Oxuyun

Müəllif: Meleknur
Şərhlər: 5
Baxılıb: 3 878
Səs ver:
(səs: 6)
Günlərin bir günü iki mələk göylərdən enərək yerdə gecələməyi qərar verirlər. Qapısını döydükləri ilk evin sahibi varlı adam olsa da onları könülsüz qəbul edir, evdə yox, soyuq zirzəmidə gecələyə biləcəklərini bildirir. Ac halda yatmaga hazırlaşarkən mələklərdən yaşca böyüyü zirzəminin divarinda dəlik görür, tez oradakı daşı düzəldərək oranı suvayır. Kiçik yaşlı mələk ondan soruşanda ki niyə blə etdin cavab verir: həyatda heç də hər şey göründüyü kimi deyil. Ertəsi gün mələklər bir kasıb ailənin evində gecələməli olurlar. Ev yiyəsi onları hörmətlə qarşılayır, evin ən rahat otagını onlara verir, sahibəsi isə yeganə inəklərindən sagdıgı süddən siyiq bişirerek onların qabagina qoyur. Yeməkdən sonra hamı yatır. Səhər duranda görürlər ki ailənin yeganə gəlir mənbəyi olan inək ölüb. Azyaşlı mələk deyir: Nəyə görə sən bizi soyuq zirzəmidə ac yatızdıran ailənin divarını suvadın, bizə xoş üz gostərib yedirdən ailənin yeganə inəyinin olməsinə razı oldun. Məgər bu ədalətlidirmi? Yaşlı mələk cavab verir: Axı men demişdim ki həyatda heç də hər şey göründüyü kimi deyil. İlk dəfə gecələdiyimiz evin zirzəmisinin divarında bir küp qizil gizlədilib. Men divarı suvadım ki ev sahibi onu tapıb bir az da harınlaşmasın. Dünən gecə isə ölüm mələyi Əzrayıl kasib ailənin sahibəsinin dalinca gəlmişdi. Mən ondan xahiş etdim ki qadının əvəzinə inəyi aparsın. İndi görürsən ki həyatda heç də hər şey göründüyü kimi deyil...
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 3 878
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri