Pulzuzluq! Bunumu özünə dərd edirsən?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 184
Səs ver:
(səs: 2)
Pulsuzluğu özünə dərd edən dostuma həsr edirəm..
Pulsuzluğun üzü qara olsun deyib heyfslənən dostum, nədən buna görə kefini pozursan ?

Pulun yoxdu deyə tanışların xarici maşında gəzəndə sən metroda qatarla gedirsən ?
- Eybi yox..Axirət günündə hamı ayaqların gəzəcək..
Dostların hər mövsümdə yeni paltar alanda sən eyni şalvar köynəyi artıq 3 ildi geyindiyinə görə kədərlənirsən ??
- Canın sağ olsun..Öləndə onsuz hamımız 1 parça kəfən aparacağıq..
Çox vaxt pulsuzluğa görə görüşlərdən, yığıncaqlardan qalırsan ?
- Eybi yox..Restoranda dostlarınla yeyib içməyə pulun çatması vacib deyil..Əsas odur ki, ac qalmırsan..Evində ALLAH verən ruzi var..
Pulun yoxdu deyə özünə kompyüter ala bilmirsən ??
- Səbr elə..Həlilik 40 - 60 qəpiklə İnternet klublarla kifayətlən..Vaxt gələr sən də alarsan..
Tanışların hər dəfə ən son mobil telefonları alanda sən artıq neçə ildi eyni köhnə markalı telefonu işlətdiyinə üzülürsən ??
- Dərd eləmə, dostum..Həyat ki, mobil telefondan ibarət deyil..Bir az pozitiv düşün..Əsas olan odur ki, zəng gəlib gedir..Məgər sənə də bu lazım deyil ??
Pula görə hörmət qoyan insanları görüb özündən çıxırsan ? Bəzən sənə də pula görə hörmət qoyurlar ?
- Vecinə alma..Sən öz gücünə hörmət qazan..Öz insanlığın ilə hamının sevimlisi ol..Pul isə gəldi gedərdi..
Pulun yoxdu işə götürən yoxdu səni ??
- Eybi yox..Kefini pozma..Bir gün yox yerdən sənə də qapı açılar..
Pulun yoxdu deyə çox şeyin də yoxdur..Bunumu özünə dərd edirsən ?
- Şükür elə ki, iki qolun və bir dilin var..İstədiyin vaxt əlini göyə qaldırıb ALLAHa dua edə bilirsən..
Pulun yoxdu deyə əziyyət çəkirsən ?
- Bu dünyaya biz kef çəkmək üçün gəlməmişik..ALLAH Təala öz bəndəsini sınağa çəkər..Sınaqdan üzü ağ çıxmağa çalışmaq lazımdır..Onu bil ki, möminin mükafıtını Yaradan Axirət günü verər..

İndi sən de, dostum, pulsuzluğu özünə dərd etməyə dəyərmi ?
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 184
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri