Dünyada ən yaxşı və ən pis şey nədir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 973
Səs ver:
(səs: 2)
Qədim zamanlarda bir ağa aşbazına dedi: - Bu gün mənim üçün ən yaxşı şeylərdən yemək bişir. Aşbaz qoyun dilindən dadlı bir xörək bişirib ağasının qabağına qoydu. Ağa yedikdən sonra soruşdu: - Bu dadlı yeməyi nədən bişirmisən? Aşbaz cavab verdi: - Məgər ən yaxşı şeylərdən yemək hazırlayım buyurmadız! Mən də qoyunun dilindən bu yeməyi hazırladım. Çünki, dünyada dildən yaxşı bir şey yoxdur.

Bir müddətdən sonra xacə sınaq üçün yenə də aşbaza dedi: - Gərək bu gün mənə ən pis şeylərdən yemək hazırlayasan.

Aşbaz bu dəfə də qoyun dilindən bir şey hazır edib ağanın qabağına qoydu. Ağa yenə də aşbazdan soruşdu:

-Bu xörəyi nədən hazırlamısan? Aşbaz cavab verdi: - Qoyunun dilindən. Çünki buyurduz ki, gərək bu dəfə ən pis şeylərdən yemək düzəldim. Məgər dünyada dildən pis bir şey var?!

Ağa təəccüb edib soruşdu ki, dilin həm ən yaxşı, həm də ən pis şey olması necə mümkündür?

Aşbaz cavabında dedi: - Bəli, ağa, dil həm şeylərin ən yaxşısı, həm də şeylərin ən pisidir. Çünki dil yaxşı, xoş və həqiqət danışdığı zaman ondan yaxşı nə ola bilər? Əgər pis və yalan danışsa ondan da pis nə ola bilər?!

Dünyada həm ən yaxşı, həm də ən pis şey dildir. Bu sümüksüz ət parçası insanın başını uca da edə bilər, insanı rəzil də edə bilər.

Çalışaq ki, dilimizi şirin edək, yalandan, şər-böhtandan uzaq olaq.

Hər kəsə sevgi dolu xoş həyat arzusu ilə..
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 4 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri