Ana ürəyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 4 454
Səs ver:
(səs: 2)
Ananın övladına olan sevgisi həmişə hədsiz və hüdudlara sığmayan qədər böyük olduğunu hər kəs çox gözəl anlayır, ancaq hərçənd ki, çox zaman nankor övlad valideyni bir andaca qat-qat ucuz insanların ayağına verir…Ananın dünyaya insan övladını bəxş etdiyini dərk etmir, onun bu addımı ilə nə qədər müqqəddəs olduğunu anlamır...heyf çox heyf, həm də acıyaraq deyirəm ki, ar olsun belə övladlara, 9 ay bətnində daşıyıb min bir əziyyətə qatlanan ana, gecələri yuxusu ərşə çəkilən ana, indi sən buna layiqmi görüldün...? Bütün mələklərin sənin önündə baş əydiyi  bir anda sən  nankor övlad üçün ürəyindənmi keçdin...? CANIM ANAM...sənin adın  qarşısın da ən güclü söz belə acizdir...Ananın bu addımı məni çox kövrəltdi:

Günlərin bir günü ananın oğlu bir qızı sevir və onunla evlənmək istiyir. Ancaq qız, qorxunc bir şərt irəli sürür:

- Sənin mənə qarşı olan sevginin qədərini bilmək istiyirəm, deyir. Bunun üçün də itimə yedirmək üçün mənə ananın ürəyini gətirəcəksən.

Ananın övladı, tük ürpədici bu təklif qarşısında nə edəcəyini bilmir və uzun bir tərəddütdən sonra hislərinə məğlub olub anasını öldürməyə qərar verir. Anası, bəlkə də olacaqları hiss etdiyi üçün oğluna qarşı çıxmamışdır və övlad anasını öldürərək ürəyini bir qaba qoyur.

Ana övladı  qızın istəyini yerinə yetirmiş hadisənin həyəcanı ilə yolda qaçarkən, ayağı bir daşa ilişərək  özü bir tərəfə, qabın içindəki ürək isə bir tərəfə düşür. Canının ağrısından, ağzından istər-istəməz "Ah anam mənim!"  sözləri çıxdığında ananın tozlara qərq olan və hələ də soyumamış olan ürəyindən bir səs yüksəlir:

- Canım balam, bir yerin əzildimi…?
Bu hekayəni oxudum mənə çox təsir etdi ,çalışaq hər zaman analarımızın qədrini bilək onları dəyər dəyməz insanların önündə alçaldacaq hərəkətlər etməyək ...
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 4 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri