Niyə baş qaldırır paxıllıq hissi?
Niyə vaxtsız ölüm tapmayır pisi?!...
Nə qeybət qurtarır, nə də umu küsü,
... Niyə şirin-şirin deyib gülmürük?
Bəs niyə sağlıqda qədir bilmirik?!..
Bəzən də yaxşiya yaman deyirik
Insan olmayana insan deyirik...
Yalan danışırıq,yalan deyirik
Düz sözün,haq sözün üstə gəlmirik,
Bəs niyə sağlıqda qədir bilmirik?!
Xoş gündə heç kəsi saya salmırıq,
Bezen lovgalanib salam almırıq.
Köməyə yetmirik,dərdə qalmırıq,
Ağlayan bir gözün yaşın silmirik,
Bəs niyə sağlıqda qədir bilmirik?!
Bəzən də hər şeyi bir söz edirik,
Elə didişirik,elə didirik...
Hərdən dost evinə yad tək gedirik...
Niyə xoş niyyətlə gedib-gəlmirik?
Bəs niyə sağlıqda qədir bilmirik?!
Bir də görürsən ki,yetdi son nefes,
Dünən filan köçdü,bu gün flankəs..
Ağlamaq,sızlamaq deyilmi əbəs?
Bəs niyə sağlıqda deyib-gülmürük?...
Rəmzi,heyiflər ki,qədir bilmirik?...