İlk kompüterim (olmuş hadisə əsasında)

Müəllif: Catwoman666
Şərhlər: 8
Baxılıb: 1 890
Səs ver:
(səs: 3)
2003-cü il idi. Maddi vəziyyətimiz bir kompüter alacaq qədər yaxşı deyildi. Mən, kompüterdə oyun oynamağı ilk dəfə qonaqlıqda olarkən görmüşdüm. Amma evdəki uşaqlar mənə oynamağa icazə verməmişdilər. Sən anlamazsan belə şeylərdən dedilər. Atama dedim. Menə heç bir söz demədi. Sonra evə gəldik, bir kağıza klaviatura şəkili çəkdi. Oyuncaqlarımı yığdı kağızdan hazırladığı klaviaturanın qarşısına. Kağıza çəkilmiş düymələri sıxmağa başladım. Mən sıxdıqca, atam oyuncaqlarımı mənim istəyimə uyğun hərəkət etdirirdi. Bütün gecə bu şəkildə oynadıq. Bəlkə bir kompüter ala bilməmişdi, amma mənə həyatımın ən gözəl günlərindən birini yaşatmışdı. Təşəkkür edirəm ATA. Məkanın cənnət olsun...
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 1 890
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri