Uzaqlarda bir qız qaldı!...

Müəllif: aLoNe AnGeL
Şərhlər: 9
Baxılıb: 2 973
Səs ver:
(səs: 1)
Uzaqlarda bir gənc qız var.
Elə gözəldi ki... Həm duyğuları, həm arzuları... Qəhqəhələri elə xoşbəxtdir ki...
Gözləri elə məsum, baxışları elə aydındır ki...
Uzaqlarda bir qız var.
Hər şeyə inanan sadəlövh qəlbi var.
Yalan olmayan saf bir dünyada yaşar. Gələcəyə elə ümidlə baxır ki...
Sadəlövh amma ağıllıdır. Elə mehriban bir qız var ki, uzaqlarda.
Üzündən təbəssüm heç əskik olmur. Elə kamil varlığı var ki, o qızın.
Gözəl olan hər bir şeyə sahibdir.Amma təhlükələrdən xəbərsizdir.
Nadanların hiyləsindən, qurdların pusquda məqam gözləməsindən bixəbərdi zavallı.
Elə xoşbəxt bir qız var ki, uzaqlarda.
O böyüdükcə həmin xoşbəxt qızcığaz uzaqlaşdı. O qədər uzaqlaşdı ki, əlçatmaz oldu.
Araya girən zaman onu da dəyişdirdi. Bu dünyada saflığının uzaqlarda qaldığını zaman pıçıldadı qulaqlarına.
İnsanlara inanmamağı elə insanlar pıçıldadı. İnsan özünü özü kimi tanıtdı ona.
İnsan qışqıraraq söylədi: Aç gözünü,oyan! İnsanlardan qorx! Onlardan qoru özünü!
Bu dünyada bir qız var...
Böyüdükcə özünü bədbəxt sandı. Yaşı böyüdükcə dərdi də, qorxuları da böyüdü.
Bu dünyada bir qız var...
Gözlərində həmin saflıq,qəlbində həmin duyğular,arzular yoxdu artıq!
Bu dünyada bir qız var...
Artıq gənc saymır özünü. Ruhunda qocalıq,baxışında kədər.
Sadəlövh qəlbini kin küdurət bürüyən bir qız var bu dünyada.
Kimsəni özünə yaxınlaşdırmayan ağıllı lakin şübhəçi bir qız var bu dünyada.
Həyat dərsini almış bir qız var bu dünyada!
İstədiyi kimi deyil, lazım gəldiyi kimi yaşayan, bəzən hiyləgər, bəzən aciz bir qız var bu dünyada!
Zamanın və cəmiyyətin övladı bir qız var bu dünyada!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 2 973
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri