Son 1 gün ..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 708
Səs ver:
(səs: 3)
Bir gün qalmışdı həyatımın sonuna.Çətin idi bunu bilərək yaşamaq.Hərçənd 2 ay idi belə yaşayırdım, yenə də çətin idi.Ən çətin isə bu son gün idi.24 saata nə sığdıraydım axı.Bəlkə heç 24 saatda qalmamışdı.2 ay idi bu gün üçün hər dəqiqəsinə qədər planlar cızmışdım.Amma indi ağlıma yeni şeylər gelir, bütün planlarımı alt-üst edirdi.Saat 5-də yuxudan durdum.Ömür boyu 11-dən tez yuxudan dura bilməyən mən saat 5-də gözlərimi açmışdım.Bir az uzandım yerin içində.Sonra durub əl-üzümü yudum.Music Centre-i yandırdım.”Əlvida” trackini qoydum.Səsini qaldırdım ki, balkonda da eşidilsin.Sonra balkona çıxdım.Ətraf qaranlıq idi.Yerdə elə də qalın olmasa da qar var idi.Gündoğumuna az qalmışdı...Və gün zəif də olsa çıxırdı yavaş-yavaş.Heyrətamiz bir mənzərə idi.Heyran qaldım.Bu anı saxlamaq istəyirdim.Bu qədər yaşamışdım amma bir dəfə də olsun gündoğumunu izləməmişdim...Günəş tam cıxdı.Üşüdüm.Qayıdıb evə girdim.Biraz çay içdim.Paltarımı geyinib Centre- i söndürüb CD playerimi də götürüb çıxdım evdən.Saat hardasa 7-yə qalırdı.Heç kim yox idi həyətdə.Qulaqlarımda "Ümidlər qəbirstanlığı”səslənirdi.Yeriməyə başladım.Hava çox yaxşı idi.Hər nəfəsimi dərindən alırdım.Biraz qabaqda qarın içində büzüşən bir adam gördüm.Tez yaxınlaşdım.Qonşumuz idi.Alkaqolik. Yenə arvadı evə buraxmamışdı içdiyinə görə.Yuxudan durquzub dedim:

- Mən sabah öləcəm.

- Əşşi fikir vermə, o gün mən də ölürdüm.Sən get bir butulka dərman al gəl gör hər şey necə düzəlir.Onu orda qoyub davam elədim.Mahnı dəyişdi, indi "Düşüncə” oxuyurdu.Track hər hüceyrəmə işləyirdi.Bir az gəzib çörək almağa getdim.Aldım.Iyi elə qəsəng idi ki, evə çatana qədər yeyib qurtardım.Sonra ağlıma nəysə gəldi.Güldükanına girdim.15-20 dənə gül aldım.Sonra mağazadan çıxıb qarşıma çıxan hərəyə qurtarana qədər birini verdim...İndi 10-15 dəyqəydi boş-boş yeriyirdim."Sevgi yoxdur” nauşnikdən çıxıb içindəkiləri ətrafımda yeriyən insangörünümlülərə hayqırmaq istəyirdim.Sonra biraz tanımadığım uşaqlarla qartopu oynadım.Onlardan ayrılıb məscidə getdim.Namaz qılan insanları gördüm.Gözlərim yaşardı.Tövbə etdim.Həyat boyu ilk və son namazımı qıldım.Az da olsa yüngülləşdim."Sidretul Munteha” bütün həyatımı gözlərimin önündən keçirdim.Bütün həyatımı bircə səhifəyə sığdırmaq olardı.Hələ yaşasaydım həyatımın geri qalanı da elə bu səhifəyə sığardı.Hava artıq qaralırdı yavaş-yavaş.Evə qayıtdım.əynimi dəyişdim.Centre-i yandırdım.”Mənim qaranlığım” hər şeyi anlatırdı.

Güllərimi suladım.Sonra gedib yerimə uzandım.Başladım ölümü gözləməyə.Sonra ağlıma nəsə gəldi, durub anama zəng vurdum.Anam telefonu götürəndə "Alo” əvəzinə "Ana, səni sevirəm” dedim.Sonra biraz danışıb dəstəyi yerə qoydum.Sonra yemək yedim…

Və indi həyatımın son saatıdı artıq və Centre-də "Mən dəyişəcəm” oxumağa başladı.Amma artıq gec idi, çünki bəlkə hec trackın sonunu belə eşidə bilmədim…

Müəllif : Elxan Zeynallı
(səs: 3)
Şərhlər: 6
Baxılıb: 3 708
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri