O fidan niyə qurudu?

Müəllif: Menim balam
Şərhlər: 7
Baxılıb: 2 060
Səs ver:
(səs: 2)
Yazağzı otlar göyərir, agaclar tumurcuqlayır... Təzə fidanların da gözləri dolur, çiçək də açır, hələ desən yarpaq da göyərdir. Amma hər əkilən bitsə, nə vardı ki?

Apreldə göz açdı, mayda çiçəklədi, açılmış çiçək gözləri ilə iyunda dünyanı seyr elədi, iyulda soluxmağa başladı, avqustda qurudu.

Bu fidan necə göz açdı, bu fidan niyə qurudu? Bu fidan mənə oxşayır. Bu fidan sənə bənzəyir. Canındakı suyu ilə, şirəsi ilə oyandı, göz açdı, çiçəklədi. Sonra torpaqla barışa bilmədi, sonra torpağı sevə bilmədi, sonra torpağı əmə bilmədi. İçindəki o güc, o şirə ona torpaqla barışıncaya qədər verilmiş bir imkan, bir ömür möhləti idi.

Mən də o fidan kimi doğuldum, sən də o fidan kimi göz açdın bu dünyaya. Hamımız o cür gəldik bu dünyaya, o fidan kimi. Hər kəs bir ehtiyat limiti ilə göz açır bu həyata. Kim canında gətirdiyi o həyat eşqi, o İlahi bərəkət kəsilmədən sonsuz bərəkət qaynağına qovuşa bilirsə, ayağı yerin təkinə, başı göylərin köksünə qədər uzanır. Kim də o bərəkət çeşməsinə bağlana bilmədisə, canındakı şirəsi qurtardıqdan sonra yel ağzındakı yelqovan kimidir, ayaq üstdə dayanmış meyit kimidir.

O fidan niyə qurudu?- İndi sən də bilirsən.
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 060
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri