Ata və yenicə dünyaya göz açmış oğlunun söhbəti

Müəllif: emis
Şərhlər: 5
Baxılıb: 2 918
Səs ver:
(səs: 4)
Salam oğlum. Bu dünyaya xoş gəldin. Dünyaya göz açmağınla ağlamağın bir oldu. Yəqin ki, necə bir yerdə göç açdığını bildin. İlk zərbəni sənə həkim vurdu. Vurdu ki, nəfəsin açılsın. Bu zərbə səni xilas etdi bəlkə də. Zaman keçdikcə böyüyəcəksən. Həyata alışmadan, nə baş verdiyini bilmədən həyat sənə zərbələr vuracaq. Nə olduğunu, nə baş verdiyini başa düşməyə çalışacaqsan. Başa düşmək elə də asan deyil. Biz bu zərbələrə "həyatdı da” deyib keçirik. Görəsən sən nə deyəcəksən!? Bu həyatda rahatlıq axtarmayasan. Bu həyatda olmayan yeganə şey budur bəlkə. Qazndığından çox itirəcəksən. Qazandığını görmədiyin halda, itirdiyin hər ay gözünün önündə olacaq. Həyatda qalmaq üçün onun qaydalarıyla hərəkət etməlisən. Qaydalar isə səni dəyişəcək. İndiki paklığından isə əsər-əlamət saxlamayacaq. Yalan danışacaqsan. Günahlar edəcəksən. Qəlblər qıracaqsan. Həyat səni çox sıxacaq. Ancaq bil ki, ona təslim olmadın sənə daha çətin olacaq. Ancaq bir seçim də var. Ən dar anında Biri özünü sənə tanıdacaq. Biz ona Allah deyirik. O bizim tək ümid yerimizdi. Həyata qarşı durmaqda bizə dəstək olan tək varlıqdı. Onu tapmaq asandı itirmək isə demək olar ki, mümkünsüzdür. Ancaq diqqətli ol. Diqqətli ol ki, o sənin üçün adiləşməsin. Onun sevgisini qazansan və Ona sevgi bəsləsən əsl sevginin nə olduğunu anlayacaqsan. Allahı sevməyənlər də az deyil bu dünyada. Çalış sən onlardan olma. Oğlum mənim, sənə bundan daha yaxşı dünya bəxş etmək istərdim, ancaq gücüm çatmaz. Yalnız Allah bu gözəl dünya haqqında bizə müjdə verib. Sadəcə bir qədər səbr etmək gərəkdir. Bu dünyanı hər şeyə rəğmən yenə sevdim mən. Sən də sevəcəksən. Bilirsən niyə?! Bu dünyada gəlməklə Allahı tanıyırsan, onun varlığından xəbərdar olursan. Onun mərhəmətinə, rəhmətində şahid olursan. Bu səbəbdən bütün problemlərə rəğmən Allahı tanıdığın üçün şanslı insansan. Bütün itirdiklərim, çəkdiklərim Allahı tanımağıma dəydi. Bütün bunları bilə-bilə onu tanımaq üçün min dəfə də bu dünyaya gələrdim. Sənin kimi...
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 2 918
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri