Bu da keçər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 4 687
Səs ver:
(səs: 5)
Bir gün bir dərviş səyahətə çıxır, bir əyalətə gəlib çatır... Kənd camaatından soruşur:
Burda kimin evində qonaq ola bilərəm?
Deyirlər burda iki dövlətli insan var, biri Tərlan, biri Oğuzdur. Sən Oğuzun evində qal, çünki Oğuz ailəli və nəsil – nəcabətlidir. Tərlan isə sonsuzdur, heç kimi yoxdur, baxmayaraq ki, Tərlan Oğuzdan daha imkanlıdır. Gedir Oğuzun evinə. Oğuz onu adına layiq qəbul edir, söhbət əsnasında dərviş Oğuza deyir:
MaşaALLAH gözəldir evin... İmaknın, ailən var...
Oğuz deyir:
Dərviş qardaş buda keçər... Sağollaşıllar səhəri gün. Dərviş bir müddət sonra Oğuzu görməyə gəlir, gördüklərinə inamır, Oğuz Tərlanın evində nökər işləyir...
Dərviş təəccüblə deyir: Oğuz qardaşım bu nə hal?
Oğuz deyir: Dərviş qardaş fikir vermə bu da keçər... Dərviş bir müddət sonra dostunun yanına gələndə tamam ayrı mühüt görür. Oğuz dövlətli biri olub...
Dərviş yenə təəccüblə: Mən təəccüb etdim, bu nə hal qardaşım?! Oğuz deyir: Dostum mən sahibim Tərlanın ən sadiq nökəri idim, o öldü və mirasını mənə saxladı... İndi gördüyün kimi bu əyalətin ən varlı adamıyam, amma fikir vermə bu da keçər.... Uzun illər sonra dərviş dostunu görməyə gəlir, amma onu tapa bilmir... Kənd camaatından soruşur: Hanı dostum Oğuz? Onu dağın başında dəfn etdiklərini deyirlər. Qəbrinə gəlir, sadə bir qəbir, ancaq üzərində yazılan söz onu ağladır. Çünki orda "Bu da keçər” yazılmışdır...
Bir müddət sonra yağış yağır və bu qəbri yuyub aparır. İllər sonra bu əyalətin şahı əyalətin bütün məşhur zərgərlərini yığır və onlara deyir:
Mənə elə üzük verin ki, mən ona əsəbi vaxtında baxanda həddimi aşmayım, sevincli anında baxanda sevincdən coşmayım.... Bir dərviş cavan bir zərgərə yaxınlaşır, öz məsləhətini verir, qısa bir zaman ərzində o zərgər şaha üzük təqdim edir, şah üzüyə baxarkən onun çox sadə olduğunu görür və çox əsəbləşir, əsəbi halda qışqırarkən şahın nəzəri üzüyün üzərində olan yazı bir an dayandırır.... Çünki orda "bu da keçər” sözü yazılmışdır....
(səs: 5)
Şərhlər: 6
Baxılıb: 4 687
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri