"Sadəcə özün ol" kitabından

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 330
Səs ver:
(səs: 4)
Hələ çox balaca olanda çaydan qayıdırdım... Bütün ciblərim... Çoxlu ciblərim vardı, bu məsələdə çox inadcıl idim. Atam: - Bu, axmaqca görsənir, camaat məndən soruşur... Həmişə problem çıxarırsan, üstəlik, heç bir səbəb olmadan. Niyə öndə dörd, yanlarda iki cibin var? – deyə soruşmuşdu.
- Onlara ehtiyacım var, - deyə cavab verdim. – Sənin ehtiyaclarınla mənimkilər fərqlidir. Mən sənə demirəm neçə cibin var, bunlar nəyə lazımdır, bu sənin öz işindir, - Mənim o ciblərə ehtiyacım vardı, çünki çay kənarına gedəndə çoxlu xəzinə tapırdım: Xeyli rəngarəng daşlar, onları toplaya bilmək üçün saatlarla çay kənarında gəzirdim. Evə ciblərim dopdolu qayıdırdım, daşların ağırlığı demək olar ki, öz ağırlığıma çatırdı.
Mən evə girəndə atam: - Bu ciblər bunun üçün lazımdır? Sən dəlisən? Bu daşlardan niyə evə gətirirsən? Hər gün o daşları atmalı oluruq, - deyirdi.
Onda belə cavab verdim: - Məni başa düşmürsən. Onları götürüb ata bilərsən, amma sadə bir şeyi – mən onları tapanda hiss etdiyim sevinci, coşğunluğu anlaya bilmərsən. Məni sənin pulun, yaxud başqa şeyin maraqlandırmır; sadəcə daşları, çınqılları yığıram. Sevincin qaynağı onları tapmaq, onları tapa bilmək üçün çay kənarını gəzməkdi...
Bir gün atam o qədər bezmişdi ki, evə dörd fəhlə gətirdi və onlara belə dedi: - Çay kənarına gedin və nə qədər bacarırsınızsa çox daş yığın, çünki oğlum hər gün orda saatlarla vaxtını itirir. – Fəhlələr çay kənarından vedrələrlə daş gətirdilər. Daşları hardan gətirmək lazım olduğunu yaxşı bilirdilər, mən orda bu qədər daşın olduğunu bilmirdim. Daşların hamısını öz dünyamı qurduğum və heç kimə girməyə icazə vermədiyim kiçik otağıma yığdılar. Atam: - Bax, hamısı sənindir, burda qalsın. Ta ora getməyinin mənası yoxdur, orda heç nə tapan deyilsən. Hər rəngdə daşları sənin üçün yığdıq... orda çox vaxtın gedir, - dedi.
Ona belə cavab verdim: - Bütün sevincimi söndürdün. Əsas məsələ daşlar deyildi, onları tapmaqdı. İndi bu otaqda minlərlə daşı görmək mənə heç bir sevinc bəxş etmir. Hamısını götür apar. Hər şeyi məhv elədin.

Müəllif: Osho
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 5 330
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri