Əgər dualar xəstəliyə çarə olsaydı, heç bir Ata ölməzdi...(ithaf)

Müəllif: tek umidim sen
Şərhlər: 4
Baxılıb: 2 454
Səs ver:
(səs: 4)
 Salam Ata.Bağışla bu aralar yanına gec-gec gəlməli oluram.Yox-yox Anam bir söz demir sadəcə vaxt azlığından ora qaç, bura qaç birdə gözümü açanda artıq gecə olur.Bilirəm Səndə gecə vaxtı buralara gəlməyimi istəməzsən.Bilirsən Ata bu gün daha çox səndən incidiyimi deməyçün gəlmişəm.Niyə məndə hər uşaq kimi Atamla doya-doya vaxt keçirdə bilməmişəm, istədiyim anda üzünü görə səni qucaqlaya bilməmişəm?!Ən acısıda suallarımın cavabsız qalmasıdı indi...Uşaqlıqda heç olmasa gecə də olsa üzünü görməyçün yatmaq istəməzdim, bununçün Anamı çox incidərdim.Sən isə yorğun olduğunçün eləcə üzümdən öpüb yatmağa göndərərdin.Səhərlərdə tezdən oyanıb işə gedərdin.İnanmazsan bəlkədə Ata ama mən o uşaq ağlımla neçə gecə yatmayıb səni səhərlər görə bilməyçün nələr fikirləşməzdim...İllər dayanmadan ötürdü, mən artıq yeniyetməlik çağlarındaydım.Və lənətə gəlmiş o hadisələr o illər səni məndən daha da uzaqlaşdırdı.Artıq daha gec-gec görüşürdüy səninlə.Anama çoxda bildirməy istəmirdim ama Ata mən səninçün çox darıxırdım.Hər görüşdə nələrsə alardın ama heç fikirləşməzdinki bunların heç biri məni sənin üzünü görmək qədər sevindirə bilmirdi...İndiysə biz yenədə görüşdüy amma bu dəfə mən heç sənin üzünü belə görə bilmirəm.Sadəcə isti torpağı ovucumda sıxaraq əllərivi hiss eləməyə çalışıram...Bəlkədə sözlərim ruhuvu incidir indi
Bağışla ATA...
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 2 454
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri