Şeytanın oyunu

Müəllif: ALESSANDRA
Şərhlər:
Baxılıb: 801
Paylaş:
Səs ver:
(səs: 4)
Günlərin bir günü bir cavan gözəl paltarlarından birini geyinib məscidə sübh namazına gedir.O,məscidə çatmamış yıxılır,paltarı büsbütün bulaşır.Ayağa qalxıb üst başını çırpır,evə qayıdır və paltarını dəyişib yenidən məscidə yollanır.Bu dəfə də həmin yerə çatanda yıxılır,üst başı yenə də tamam bulaşır.Yenidən evə qayıdıb paltarını dəyişib məscidə gedir.Bu dəfə yolda qarşısına əli çıraqlı bir şəxs çıxır.Cavan ondan adını soruşduqda deyir:

"Gördüm eyni yerdə iki dəfə yıxıldın,bunun üçün də çıraq gətirib ayağının altını işıqlandırmaq istədim."

Cavan ona təşəkkür edir və onlar birlikdə məscidə yollanırlar.Məscidə çatanda cavan ona namaza gəlməyi təklif edir,amma əli çıraqlı şəxs imtina edir.Cavan nə qədər israr edirsə,heç bir nəticə vermir.

Səbəbini soruşduqda deyir:

"Axı, mən şeytanam."

"Sənin iki dəfə yıxılmağına mən səbəb oldum. Birinci dəfə səni yıxdıqda dərhal evə qayıdıb təzə paltar geyindin,məscidə qayıtdın və bunun üçün Allah-Təala sənin bütün günahlarını bağışladı.İkinci dəfə bunu yenidən təkrar etdim.  Amma sən bu dəfə də təzə paltarından birini geyinib məscidə döndün.Və bu dəfə Allah-Təala sənin bütün qohum əqrəbalarının günahlarını bağışladı. Qorxdum ki, birdən üçüncü dəfə yıxılsan yenidən evə qayıdacaq,təzə paltar geyinib məscidə dönəcəksən.Bu dəfə Allah -Təala sənin bütün həmşəhərlilərinin günahlarını bağışlayacaq."

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 801
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv