Qara pişik taleyi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 802
Səs ver:
(səs: 1)

Deyən ağlamağı adət etmişəm. Bilmirəm bu gücsüzlük, çarəsizlikdir, ya başqa bir şeydir. Bunun adını hələ tam qoymamışam, əslində həyatımda hər şey yarımçıqdır.

 

Bu gün qara pişiyə bəslənən münasibət mənə də bəsləndi. Mənə görə uğursuzluq gətirən qara pişik deyil, insanların öz əməlləri və yanlış seçimləridir. Sənin işin düz gətirməlidir deyə pişik başqa yoldan getməlidir? Axı o biri yoldan keçəndə səninlə eyni fikirdədir. Bəs bu pişik hardan keçməlidir? Dünya tək insanların yaşayış məskəni deyil.

 

Nişan aparılacaqdır. Hamıdan çox mən sevindim. Çünki onlar mənim sevdiklərim idi. Onların da sevdikləri mən olduğum üçün ilk mənə üzüyü göstərdilər. Uzaqdan bax dedilər. Yəqin ki, uğursuzluq gətirirmiş yaxından baxmaq, amma sonra başqası əlində baxdı. Çox güman məni uğursuzluq gətirən biri olaraq qərar vermişdilər. Səsli ağlamağa yeni alışdığımdan nəfəsimi tutdum ki, bu gözəl anımı kimsə görməsin, bu səbəbdən evə tərəf yol aldım. Keçərkən qarşıma qara pişik çıxdı. Maraqlıdır, məni görən kimi qaçıb özünü qonşu həyətə atdı. Yazıq heyvan, görünür çox daşlanıb, məni görüncə can qorxusundan qaçıb gizləndi. Ağlamamaq üçün tutduğum nəfəsi, ürəkdən gülərək aldım. Görünür, o pişiyin olanlardan xəbəri yox idi. Olsa idi, mənə təsəlli verməmiş qaçıb getməzdi. Nədə olsa, bu mövzuda məndən daha çox təcrübəlidir. Az daşlanıb, həyətlərdən az qovulmamışdır. Lakin mən heyvanları insanlardan daha şəfqətli və mərhəmətli bilirəm. Əgər mən də uğursuzluq gətirirəmsə, qara pişik məndən əbəs yerə qorxurdu.

 

İnsanlar əgər anlasaydılar ki, olan hər bir çətinliyi öz əməllərinin bəhrəsidir, qara pişiklər daha asudə yaşayardı. Yazıq heyvanlar qaçmağa adətkar olduqları üçün onlarla eyni taleni yaşayan məndən də qorxdular.

 


 

Gözəl yay günlərinin birini yaşayırıq. Uşaqlıqdan məni rahatladan tək şey ulduzları seyr etməkdir. Amma heç vaxt yaxından görmək istəməmişəm, qorxmuşam, birdən yaxından baxsam, yerdən seyr edilən qədər gözəl olmasalar? Hər kəsin inandıqı bir inanc var. Yerdəki insanların səmada bir ulduzu var. Çoxları hər parıldayan ulduzun onun olduğunu seçərkən, mən həmişə parlamayan, sonradan görünən ulduzu seçərdim. Mənası nə idi? Hələ də tam bilmirəm. Amma bildiyim tək gerçək var, ulduzlara saatlarca baxmaq məni insanlarla dərdləşməkdən daha çox rahatladır. Düzü insanlarla dərdləşmək kimi bir adətim də yoxdur. Sorğu-sualsız məni dinləyən ulduzlar varkən məni anlamayan insanlarla nə dərdləşim? Həm anlatsam, daş da anlayar, duymaq lazımdır. Bunu da insan deyilənlər nadirən bacara bilir.

 


 

Gündüz olanları ulduzların köməkliyi ilə unutdum. Gündüzdən gözlərimdə saxladığım yaşları da azadlığa buraxdım. Azadlıqda olmaq onların da haqqı idi. Göz yaşlarının da azadlığı gözlərdən düşməkdir. Bu gün səsli ağlamadım, axı ulduzlarla birlikdə idim. Onların üzülməsini istəmədim. Çünki mənim də uşaqlıqdan kəşf etdiyim öz həqiqətim vardı. Onlar yerdəki insanlardan qaçıb göylərə sığınmış yaxşı insanlardır. Pis insanların səmada ulduzu ola bilməz, çünki ulduzların insana rahatlıq bəxş edən xüsusiyyəti var, pis insanlarda belə xüsusiyyətin olduğuna inanmıram.

 

 

 

Ölmüş birinin gündəliyi: bu gün qara pişiklə eyni taleyi yaşadım.

(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 802
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri