Və mən susacam

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 592
Səs ver:
(səs: 1)
Amma mən ağlamırdım. Sadəcə tək idim və böyüdüyümü hiss edirdim. Çünki balacaların yanında onları qoruyacaq həmişə kimsə olur. Amma mən tək idim. Yıxılanda kimsə mənə "böyük qız” olacaqsan deməyəndə anlamışdım böyüdüyümü. Sonra bütün işləri tək başıma həll etməyə başlayanda. Sevəndə və incidiləndə. Zaman keçir və bir az daha nələrisə əlavə edirdim həyatıma. Mən sadəcə xəyalların kənarında sakitcə dayanmışdım. Təsadüfi küləkləri qovalayırdım. Günbatımının ortasında isə yalnız tuta bilmədiyim arzularla tək qalırdım.
Həyat hər kəsə güləcək kimi deyil təbii. Ağlatmağa da söz verməyib. Zəif olmaq üçün sevgi, güclü olmaq üçün içki və qalxa bilmək üçün yaxşı dostmu lazımdır? Zamanla həyatımıza qəribə "əvəzliklər” salmağa başladıq. "Mən”imizi təzəcə dəyərləndirməmiş bir "O” tapdıq və dərhal onu öz mənimizə qatıb o qədər çox şişirtməyə başladıq ki. Sonra gülməli "biz”lər əmələ gəldi. Nəhayətində "sən” və ən nəhayət dünənki "mən”in "siz” olmağa başladı.
İndi nə gözləyirdiniz? "Prinssessa"nı? Hislərinə cavabdeh olmağı siz tərgitdirdiniz. İncitdiniz. Əziyyət etdiniz. Və birdən birə güclülük simvolumu gözləyirdiniz qarşınızda?
Əslində daha heç kimə doğru söz deməyəcəm. Onlar küsəcəklər,inciyəcəklər,uzun müddət kin saxlayıb hələ də onlara həqiqəti deməyimi gözləyəcəklər. Və mən susacam. Bəlkə də ən böyük səhvi elə danışmaqla etmişdim
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 1 592
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri