Və mən

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 338
Səs ver:
(səs: 1)
Bu gün yorğunluğumu çıxartmaq üçün günəşin batdığı yerə getdim.Orda gördüklərim məni valeh etdi.Sən demə günəşin batdığı yerdə başqa insanlar üçün həyat doğulur.Günəş heç vaxt batmadığını anladım,sadəcə o bütün insanları sevir.Sadəcə insanları...
Və mən anlamadım yaşadığım yer haradı, harda yaşayıram və harda öləcəm.Mən tərk edildim insanların arasında.Yoxsul olduğumu anlayıb qaçdım..Uzağlara qaçdım..
Mən oldum, yeyib-içib sevgisini sərxoşluğa dəyişən insan.Mən oldum qızımı "balam" deyib çağırmağa utanan kəs...Çünki o sözləri, Başqa yataqlarda, başqa insanlar üçün həsr etmişdim..
Mən hisslərimi yaltaq qadınlara dəyişdim.Mən örnək götürdüm amma yerinə yetirmədim.Və mən,mən adlandırdığım kəsə boyun əymədim.İnsanların başını siyasətə qatıb, sevgidən 1-2 mahnı yazdım....
Həyatın qazdığı çökəkliklərdən keçirdim hər gün.Səhvlərimi anlamaq üçün dua etmədim,Tanrının sadəcə oyunlarda köməyə çatdığına inanırdım.Həyatda alçaqlıq etdikçə, həyata qalib gəldiyimi sanırdım.Əslində olan, həyat məni oyunun içərisində özü istiqamət verirdi.Bezdim,nifrət etdim hər şeydən.Boşandım nigah qurmadan evləndiyim hisslərlə.Ətrafa baxanda gördüm ki, hər kəs sevgidən danışır, bundan istifadə edib aldatdım uşaq kimi aldanan qadınları. Sevginin qaranlıq səhifəsini onlara göstərib cənnət olduğunu bildirdim həmin kəslərə.Utandım... Sandım ki,pulla bağışlanmaq üçün şansım olacaq.Xarabalıqları,bir günlük qadınları üstün tutdum evdə məni gözləyən qadınımdan...
Bağışlama məni Allah! Çünki sən əhv edənsən, səhv edənləri. Bu dünyanın cənnətini məhv edən kəsləri bağışlama Allah.Bağışlama məni!
Mən şükür edən kəsləri axmaq,özümü isə Tanrı sanırdım.
Mən dağıtmaq üçün birinci hisslərimdən başladım.Mən bu yaşıma kimi yoxsul qadınları şəhzadə,varlıları Tanrının oğlu hesab edirdim. Həyatın yalnız kefdən ibarət olduğunu düşünürdüm...
- Və ilk dəfə Allaha göz yaşı ilə yalvarıb məni və qızımı bağışlamasını xahiş etdim. Nəyə qadir olduğunu anladım. 8 yaşlı qızımın ağzında ölümdən xilas olması üçün borular taxılmışdı..İlk dəfə qızımın gözləri dolanda ağlamışdım. Allaha yalvarırdım. Göz yaşı və aciz yalvarışlar...Qızımın göz yaşını çirkli dəsmalımla yox, dodağımla gözlərindən öprərək sildim....
Yalvarışlar,üsyanlar və bağışlanmaq üçün millionlarla dua...
Qızımıın məni tərk etmədən qabaq dediyi son cümləsi,məni ağladaraq yedi bitirdi : "Ata, bilsəydim mən xəstəxanaya düşəndə yanıma gələssən,onda hər gün xəstəxanaya düşərdim"
Və bu gün qızım yoxdur yanımda.Mən mənə bəxş olunan cənnəti görmədim yanımda və mələklər onu apardı bu zibilə qalmış ölkədən,bu zibilə qalmış dünyadan....
- Və mən bu gün anladım, ölmək üçün kəsici alətə ehtiyac olmadığını. Tərk edildiyini anla yetər.....!

- Süleyman Əliyev
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 338
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri