Yadigar yazı

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 898
Paylaş:
Səs ver:
(səs: 2)
- Üstündən keçə bilmədiyim mövzular var, yağış yağarkən maşınlar keçir üstündən. Hər şey istədiyim kimi olmadı təbii. Tale mənə zərr qədər olsun insaf etmədi. Qəlbimin qırılması üçün bir qədər təskinlik bəs edirdi. Tanrı deyə yalvararaq süründüyüm yollarda, zəncirli, qara itlər düşdü arxamca.Çünki səhv yollarla gəlmişdim Tanrının arxasıyca.Yorulmuşdum kədərli yalvarışların arxasıyca gələn yağış damcılarından.Büs-bütün islanmışdı hisslərim.Ətrafa baxanda heçnə görə bilmirdim, çünki gördüklərim heçnə belə deyildi. Yox olurdum hər gün. Bezdirmək üçün bu qədər zəhlə tökən olmalı deyildin 'həyat'. Onsuz vaxt keçdikcə səndən belə sıxılacaqdıq. Keçmişi mənə qaytarmaq üçün, əvəzində heçnə istəmədilər. Çünki heç kim mənə "keçmişi sənə vəd edə bilərəm, demədi!
- "Yaşamaq üçün hər şey var"?
Məncə yaşamaq üçün üstü yalanla örtülmüş 'sevgidən' başqa heçnə yoxdur. Şəhərim çox gözəldi. Nəyi olmasada istiqamətini özü belə bilməyən sərt küləyi var... Hər dəfə əsdikcə qəzalar baş verirdi...
Bu yazıda məndən yadigar qalsın, digər prablemli insanlara...
-"İlahi mən nə yazacaqdım?"
Həmişə belə olur. Ayrı mövzudan yazmaq istəyərkən, prablemlərim özünü "çağırılmayan qonaq" kimi ortaya atır.
Səhvlərimi düzəltmək üçün zamana ehtiyacım olduğunu düşünmüşdüm. Amma vaxt keçdikcə şahidi oldum ki, zaman heçnə düzəltmir, sadəcə rəngləyir. Ağ-qara prablemlərim kimi. Mən heç bilməzdim ki, həyata ciddi baxan insanlar var. Keçici həvəs olduğunu sanmışdım, amma sonda anladım, hər şeyin dəyişildiyini.
- Kaş ki, gözümü açdığımda bunlar yuxu olaydı. Tez yuxudan oyanıb, pəncərəyə tərəf gedərək, qarın yağdığını görüb hər şeyi unudaydım.... Kaş ki, kaş...

-"Unutmaq üçün yenidən başlayan insan əslində unutmur, sadəcə yenidən unudulur"

- Süleyman Əliyev

loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 898
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv