Neçənci dünən?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 709
Səs ver:
(səs: 2)
Hansı cümləylə başlayırsan başla, sonda acı sonluqla bitəcək, yaşadığımız nağıl. Əgər acı verirsə keçmişdə yaşananlar,bəs niyə hər gecə yatmamışdan öncə keçmişi arzulayırıq?!
- Dərdin dərmanı bir daha dərd olduğunu subuta yetirdik. Oxşar səhnələr, böyüdükçə artan fasilələr və birdə "axtarılmış dünənlər"
Hər səhər dünənlərimi harda itirdiyim barədə düşünürəm,amma yenədə eyni sualla qarşılaşıram,"neçənci dünən?!"
Niyə yaşamadım həmin dünənləri, əvəzsiz şəkildə?! -Yoxsul olmaq insanın qanındamı var?! Müharibədə sərkərdəsini itirmiş əsgər kimiyəm-"əlacsız".
Xatırlamaq həqiqətən qorxuludu. Nə vaxtsa bir günlük keçmişə qayıtmaq üçün on min dollar vermək fikriniz olubmu? -yox? Amma mənim ciddi fikrim olub. İndi isə fikirlərim dəyişib,dolların dəyəri kimi... Geriyə boylanarkən, mənə hiss etdirmədən məndən uzaqlaşan dünənləri, necə geridə qoyduğumu müşahidə etdim. Bilirsiz insana necə acı verir?
Təsəvvür edin kor bir insandan saatı soruşursuz,o isə sizə, ancaq gecəni gördüyünü bildirir...
"Keçmişimin xəritəsini"-çəkə bilsəydim əgər, uşağlığıma Rusiyadan belə böyük yer ayırardım. Qeyri-ciddi düşünməyə məcbur olmaq, qaçılmazdır.- Keçmişi düşündükcə bu günü geridə qoyduğumu hiss edirəm. Keçmişdə pulsuz yaşamaq,həyatda məlumatsız yaşamaqdan daha əlverişlidir .
- Niyədə əlverişli olmasın axı?! O vaxtlar qazanmaq üçün gülümsəmək kifayət edirdi.İndi isə hər şeyin öz qiyməti,"insanlar"-ın belə. -"Ucuz ətin şorbası olmadığı kimi, iki üzlü insanlarında vicdanı olmur". Onların keçmişi heç vaxt bəlli olmayıb,çünki onların bu günü belə keçmiş sayılıb,hər zaman.
- Dünənlərdə böyüyb,bu günlərdə kiçilmək, dünənlərin bu günlərdən necə dəyərli olduğunu göstərir.Böyüklüyüm dünənlərdə qaldı,yaşın böyük olmasına aldanmayın. Hər keçən gün,torpağa daha çox bağlandığımı anlayıram. Zaman qatarı məni torpaq etməmiş, nəsə etmək lazımdır. -Nə edə bilərəm axı?! Nə etsəmdə yenədə saxlaya bilmirəm.Sonuncu sərnişin olmaq üçün,neçənci duada gülümsəmək lazımdır?!
- Bilmirəm!
Çünki məsələ duada deyil,məsələ məni dünənlərdən ayıran bu günlərdədir.Bu günümündə dünən olacağı dünənlərdə...

- Süleyman Əliyev
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 1 709
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri