Ağrılı səhnə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 695
Səs ver:
(səs: 0)
Elxan avtomobildən düşərək, on altı mərtəbəli binanın qapısına tərəf qaçdı.Üç-dörd pilləkan qalxdıqdan sonra, liftin düyməsinə təkrar-təkrar toxunmağa davam etdi.Liftin xarab olduğunu görüb,pilləkanları qalxmağa başladı.Ürək döyüntüləri Elxanı düşünməyə qoymurdu.Tez-tez qalxan zaman, yıxlıb dizini sivirir.Yenədə məcbur qalxıb, addımlarını tezləşdirməyə davam etdi.Binanın damında, bir insanın yaşam məsələsindən söz gedirdi.On beşinci mərtəbəyə çatanda, bir neçə saniyə nəfəs alıb, bir mərtəbə daha qalxdı. Yavaşca binanın damına çıxıb,qapını qabağa itələdi. Leylanı orda görüb yavaşca dilləndi:
- Leyla dur, xahiş edirəm dinlə məni.
- Cəhənnəm ol burdan Elxan! Hamısı sənin ucbatından,bax gör məni nə günə saldın, heçmi insafın yox?!
- Sən düşündüyün kimi deyil,dinləməlisən məni.Özündə bilirsən axı, mən Ayseli sevirəm.Necə ola bilər ki, mən sənə sevgi mesajı yazım?!
- Mən sənə inanmışdım! Allaha çox şükür etmişdim, həmin gecə sevincimdən yatmamışdım.Təsəvvür edirsənmi necə gözəl idi?! Ürəyində gözəl bir sevinc yaşanır, gecələr ay, rəngini,ölçüsünü dəyişib insana başqa bir gözəllik təqdim edir. Sırf sevdim deyə, mahnı siyahımdan bütün ağrı verən müsiqiləri sildim, amma əvəzində?!
- Anlayıram səni, amma dinlə məni, sonra nə edirsən et!
- Söylə! İndi nə yalan danışacaqsan?!
- Yalan danışmıyacam.Həmin gecə Emin bizdə idi.Gəlib hər şeyi mənə danışdı.Əllərim titrədi, göz yaşımı saxlaya bilmədim. Neçə illik dostumdan bir ağrı, bir dəhşət eşitdim.Eminin qollarından tutub, "bunun yalan olduğunu söylə"-deyərək qışqırıb gözlərinə baxdım. Eminin gözlərindən yaş gəldi. Hər şeyi mənə danışdı.Əllərim titrək vəziyyətdə Eminə qulaq asaraq,barmaqlarımı gəmirirdim.
- Nolub ki Eminə?! Niyə ağlayırdı?!
- Xərçəng xəstəliyi tapılıb qanında,indicə xəstəxanadan gəlirəm.Hüceyrələrində DNT-nin zədələnməsi nəticəsində əmələ gəlib.Hüceyrələri qeyri-ixtiyari bir şəkildə çoxalır.
- Nə, necə olub bu?!
- Bilmirəm! (Ağlayaraq)
- Və həmin gecə səni sevdiyini söylədi mənə."Mənə kömək edərsənmi ona bunu söyləməm üçün?".Gözlərimi silib, gülümsəyərək "əlbətdə qardaşım o nə sözdü?"-deyə telfonumu çıxardıb sənin nömrəni ona verdim. "Olarmı sənin telin ilə yazım,sabah cavab gəlsə mənə bildirərsən?"
- Niyə olmur qardaşım,mesajın altından öz adını yaz, bilsin sənin yazdığını.Yaxşı deyib o mesajı yazmağa başladı.Amma unudub altından adını yazmağını.İçim dağılırdı,xəstəliyini dediyində. Emin bizdən gedən kimi, hönkür-hönkür uşaq kimi ağlamağa başladım.Və hər günümü onunla keçirdim, mənə heç kimə deməyəcəyimə dair and içdirdi. Sənin ad gününə hazırlaşırdıq. Həmin gün etiraf edəcəkdi sənə.
Leyla titrək bir səslə: İndi hardadı?! Xahiş edirəm gedək onun yanına!
Elxan və Leyla tez damdan enərək aşağı düşdülər.Maşına minib yolda düşdülər.Xəstəxananın yanına çatıb,maşından düşərək xəstəxanaya daxil oldular. Xəstəxanın pilləkanlarına qalxıb, otağının yanına çatdılar. Və səs-küy səsləri eşitdilər.Ah-nalə bütün xəstəxananı bürümüşdü.Elxan qaçaraq Eminin anasından, Sevinc xala noldu?!
- Sevinc xala Ağlayaraq: "Emin yoxdu daha Elxan!"-deyə üstümə sarıldı.Ağlamaqdan gözləri qan rəngi almışdı.Əllərim tit-tir əsirdi.Gözlərimdən yaş layla-layla töküldü.Göz yaşlarım qəm musiqisinin notları altında sanki nəsə ifa edirdi.Sevinc xalanı oturdub,əllərindən öpməyə başladım. Ruslan dayının gözlərindəki oğul fəryadı çox dəhşət idi.Dilinin altında, sanki ayrılığın himnini oxuyurdu: "Səni çox sevirəm oğlum,qayıt geri".
Arxadan kiminsə yerə düşdüyünü hiss etdim.Leylanın ürəyi getdi.Tez qaçıb"Leyla,Leyla qalx!"-deyə səsləndim.
Otaqdan, üstü ağ bir parça ilə örtülü şəkildə bir insanın cismi çıxdı. Atanın göz yaşı,ananın fəryadı çox ağır idi İlahi!
Və hər kəs ortaq bir söz söyləməyə başladı "Getmə, bizi tərk edib getmə Emin!"

- Süleyman Əliyev
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 695
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri