Gəl barışaq, niyə küsdün, niyə yar?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 3 587
Səs ver:
(səs: 1)

alt

Gözlərində yenə giley oxundu.
Mən nə dedim, ürəyinə toxundu.
Bu adətdir, aralıqda söz olar.
Gəl barışaq, niyə küsdün, niyə yar?
***
Ürəyimdə xatireler oyandi,
Keçən günlər göz önündə dayandı,
Bir olardı sevincimiz, dərdimiz.
Bir bölərdik sevinci biz, derdi biz.
***
Yanağını çiçəklərdə aradım,
Çəmənləri saçın deyib daradım.
Ay üzünə - dedim - budur sabahım.
Niyə küsdün, nədir mənim günahım?
***
Ayna sular gözlərindir, dedim mən.
Xoş nəğmələr sözlərindir, dedim mən.
İlk eşqimə bircə səni istədim
Neyləyim ki, dönük çıxdı qismətim
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 3 587
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri