Soyuq bir qış günü...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 291
Səs ver:
(səs: 1)
Soyuq bir qış günündə burnumu qıcıqlandıran bir evin ətri yayılır ciyərlərimə. Qarışmış bu qoxuya bir ocaqdan qopan his, bir az da öz izlərini əks etdirmədən keçə bilmədiyi divarlara hopmuş keçmiş . Balaca bir qız var bu ocaqda əllərini isitməyə çalışan, büzmüş dodaqlarını, yata bilməmiş soyuqdan. Bir də bir səs gəlir, qopur keçmişin bütün tozlu albomlarından, qulağımda səslənir nənəmin yatmaqçün yanına səsləyişi. İsti, çox isti bir yataq, ya da ruhumu isidən heç vaxt unuda bilməyəcəyim bir qucaq. İsinir əllərim və yumuram gözlərimi. Soyuq bir qış günü odun sobasının yanında səslənir bir-bir nənəmin cavanlıq hekayələri. Hər daşına həkk olunmuş bu evin nənəmin unudulmaz xatirəsi, bir ev var uzaqlarda, burnumdan uçub getməyən iyi, həmin gecə soyuqdan qızaran burnumun ucunda indi bir də həsrət var. Ondan sonra hər o evə gedişimdə uzaqdan qapıda yaşlı bir qadının kölgəsi canlanır,gözü nəmli hər addımımda kölgə məndən uzaqlaşır.
İsti bir yay günündə belə isinmir o evdə artıq əllərim. Ruhuma dolmuş o qoxu belə artıq isti ocağımızı tərk etməkdədir. Ondan geriyə qalmış sadəcə saralmış bir neçə fotoşəkil və ətrafını otlar basmış ruhumu donduran o qəbir...Qayıtmır geriyə istisindən doymadığım o qucaq, toxunuşlarını xatırladır o evdə hər bucaq, gözlərini, saçlarını, yaşıl kəlağayısını... Keçirəm aynaya və onun sürətini axtarıram cizgilərimdə, nə çox bənzəyirmişik sən demə, gözləri gözlərimdə. O soyuq qış gecəsində mirasının təşəkkürünü edə bilməmənin kədəri var hələ ürəyimdə. İllər keçəcəkdi, hər ayna onu canlandıracaqdı qarşımda, sən demə. Hər kəs unutmuşkən simasını çıxıb getməyəcəkmiş gözlərimin önündən. Saçlarımda yenə yaşıl örpək tamaşa edirəm gözlərinə. Bilirsən bu gün bir az külək var, yenə uzaqdan ətri gəlir ocağımızın...
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri