Fatimənin hekayəsi

Müəllif: Menim balam
Şərhlər: 6
Baxılıb: 2 244
Səs ver:
(səs: 0)
Fatimə gəlincikləri ilə oynamağı çox sevən sakit bir uşaq idi. O, evdə varlığını hiss etdirməyəcək dərəcədə sakit idi. Anası vaxtının böyük bir qismini evə gələn qonşularla keçirərkən, Fatimə tənhalıqda özünə bir dünya qurmuşdu.

Anasının qonaqlarının olduğu bir gün Fatimə izlədiyi  cizgi filmindən sıxılaraq çox sevdiyi gəlincikləri ilə oynamağa getdi. Gəlinciyin paltarlarına dünən yediyi şokolad bulaşmışdı. Tez onun paltarlarını cıxartdı. Anasına bildirmədən balaca əllərinin arasına aldığı iki kiçik paltarla hamama girdi. Suyu açıb əlindəki paltarları sabunla yumağa başladı. Parçalar köpükləndikcə Fatimə ləzzət alır, balaca dodaqları ilə üfürərək şar düzəldirdi. Parçadakı ləkələri iki barmağı arasında ovuşdurdu. Nəhayət ləkələr sabun köpükləri ilə birlikdə çıxdı. Fatimə suyu bağladı, paltarları  yaxşıca sıxdı, işığı söndürdü və otağına getdi. Fatimə yuduğu gəlincik paltarlarını qurutmaq üçün hörgü ipi götürdü. Onun bir ucunu çarpayısının başına, bir ucunu da yazı taxtasına bağladı. Sancaqlarla paltarları ipdən asdı. Uzaqdan baxanda çox sevimli və dörd yaşına görə çox zəkalı bir iş görmüşdü.Lakin hamamda əl-üz yuyanın kənarlarından sabun köpükləri axırdı, yerdəki ayaqaltı da islanmışdı. Qonaqları yola salan ana, hamama girər girməz bir bağırtı qopdu.

- Fatimə, bu hamam nə haldadır? Fatimə qorxudan yerindən sıçradı, səs gələn tərəfə getdi. Anası ilə göz-gözə gəldilər. Fatimə bu atəş dolu baxışları tanıyırdı. Və gözlədiyi şey o an gəldi. Yanağına dəyən şillə anasına qarşı qəzəbini artırdı.

-Yenə bir şey yudun hə? Mən sənə bu evdə özbaşına bir şey etməyəcəksən deməmişdim?

Fatimə bir müddət sonra təmizlik həvəslərindən əl çəkdi. 16 yaşına çatmışdı, amma çarpayısını hələ də anası yığışdırırdı.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 244
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri