Uşağınızın hislərinə dəyər verin

Müəllif: Menim balam
Şərhlər: 6
Baxılıb: 2 223
Səs ver:
(səs: 1)
Baharın ilk günləri idi. Zeynəb evlərinin bağçasında rəngarəng çiçəkləri görcək ağlına çox gözəl bir fikir gəldi.Anam bu gülləri görsə çox sevinəcək, deyə içi sevinclə doldu. Bu xoşbəxt xəyal içində qucaq dolu gül topladı. Mətbəxə getdi və ordan bir güldan götürüb gülləri içinə yerləşdirdi. Bir azda su əlavə etdi. Sevinclə qaça-qaça mətbəxdən çıxarkən ayağı sürüşüb yıxıldı. Əlindəki güldan da parça-parça oldu. Çiçəklər ətrafa dağıldı. Yan otaqdakı anası səsi eşidib bayıra çıxdı. Balaca Zeynəb qorxudan nə deyəcəyini bilmədi. Yerdəki şüşə qırıqlarını görən ananın qan beyninə vurdu. Geriyə dönüb otaqdan bir çubuq tapıb güldanın  niyə qırıldığını soruşmadan balaca qızı döyməyə başladı. Qızcığaz yalvarırdı:

"Anacan bəsdir, nə olar vurma!"

Qəzəbi keçməyən ana həm vurur həm bağırırdı:

-Mənim sevdiyim güldanı qırdın hə? Şikəstin biri, döyül ki, ağlın başına gəlsin!

Zeynəb əslində gülləri toplayarkən təşəkkür və öpücük gözləsə də, həm döyülmüş həm də təhqir olunmuşdu. Bu haqsızlığa görə anasına kin bəslədi. Ona bir daha ona heç çiçək gətirmədi.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 223
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri