Damcılar düşür yavaş-yavaş...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 033
Səs ver:
(səs: 1)
Damcılar düşür yavaş-yavaş.Bir,iki,üç...Deyəsən yağış başlayır. Anamın evdən çıxarkən birdən yağış yağar deyə verdiyi çətiri qoyuram çantama. Yanağımdan yaşlar süzülür. Və axşam düşür. İnsanların evə qaçışını seyr edirəm.Ətrafda rəngarəng çətirlər.Sarı,qırmızı,yaşıl. Mavi naxışlı çətiri olan bir qadın tələsik ötüb keçir yanımdan. Gülümsəyirəm insanlara.Yox dəli deyiəm mən.Öz bivecsizliyimi də alıb yanıma yenə gedirəm bu gün. Tozlu küçələrin yağışda görkəmini dəyişməsini seyr edirəm. Bir də rəngləri yağışda axıb gedən insanlar görürəm. Necə də təmizlənirlər boyalardan. İnsanlar yavaş-yavaş öz rənglərini alır.Buna görə sevirəm yağışı.Balaca bir pişik balasının yağışdan necə titrədiyini görəndə itirirəm gülümsəməmi. Hava qaranlıqlaşır. Gurultulu küçələrin yerini səssizlik dolu bir qaranlıq alır. Yanır şəhərin işıqları. Bu gecə dəyişirəm musiqini. Yağış dolu bir skripka verin mənə. Sulu küçələrdə ayaqyalın rəqs edəcəm bu gün. Qaranlığım, skripkam və mən. Uzaqlarda həm də yaxınlarda bir dünya varmış. Səni qüsursuzca gülümsədən.Nə zaman yağış yağır ovucların qədər yaxın olur sənə. Açıram qollarımı və qucağımda hiss edirəm bu xoşbəxt dünyanı. Bir təmizlik ətri gəlir ətrafdan. Ağacların ətrafıyla gəzirəm torpaq qoxusunu duymaq üçün. Məsələn əvvəl bilmirdim ki, haqqında uzun-uzun cümlələr qurduğum o xoşbəxtlik axtarışım bir ovuc qədər yaxınmış. Dayan ya da tapdım. Bu qoxuda bir azaqlıq ətri var. Səni bütün düşüncələrdən azad edən bir ətir qaranlıq və azadlıq.Bir skripka qədər pozitivəm. Saçlarımı tökürəm üzümə,alıram ətəyimin uclarını əlimə və islana-islana rəqs edirəm bu gün.
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 2 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri