Bir qab şorbanın nağılı

Müəllif: Menim balam
Şərhlər: 8
Baxılıb: 2 411
Səs ver:
(səs: 5)
Bir nəfərdən eşitdiyim söhbəti danışmaq istəyirəm sizlərə: Eyni binada yaşayan qonşulardan birisi nə alır-nə satırsa, qısa müddətdə əməlli-başlı varlanır. Həm də necə varlanırsa, bir anda bütün qonşularla salam-kalamı da kəsir. Bir dəfə Ramazan ayında üzbəüz mənzildə yaşayanlar iftar zamanı bir qab şorbanı böyük oğula verib deyirlər ki, qonşuya pay aparsın. Oğlan da qapını döyür və onlara iftar payı gətirdiyini deyir. Qonşu acıqlı-acıqlı ona baxır və "onun-bunun yeməyinə qalmamışam ki" deyib qapını onun üzünə bağlayır.

Görənlər deyirlər ki, o hadisədən heç 5 il keçməmişdi ki, həmin o qonşunu zibil qutularından çörək yığanda görüblər. Bir dəfə də yemək aparan gənc onunla rastlaşır, ilk baxışdan da bir-birlərini tanıyırlar. Müflis olmuş qonşu gəncə belə deyir: "Sənin gətirdiyin o bir qab yeməyə aylardır elə həsrətəm ki..."
(səs: 5)
Şərhlər: 8
Baxılıb: 2 411
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri