Bir əlilin hekayəsi

Müəllif: Fialka
Şərhlər: 8
Baxılıb: 2 296
Səs ver:
(səs: 4)
İllər əvvəl, Seattledə təşkil edilən Əlillər olimpiadasında, növbə 100 metr finallarına gəlmişdi. Finala qalan doqquz iştirakçıdan hər biri ya fiziki baxımdan qüsurlu idi yaxud zehni baxımdan.

İştirakçılar Start xəttindəki yerlərini keçdilər və Start işarəsi verilən kimi var gücləriylə irəli atıldılar. Heç biri, atletizm yarışlarında görməyə vərdiş etdiyimiz növdən bir hücum reallaşdıra bilmədi əlbəttə. Amma hamısı da bu yarışı qazanmağa istəkli və edə bildikləri ən yaxşı qaçışı etməyə çalışırdılar.
Biri xaric!
əlillərə yardım edin!
O, hələ ilk bir neçə metrdə yerə yıxılmış, tarazlığını qoruya bilmədiyi üçün yerdə iki dəfə yuvarlanmış, sonra da hönkür-hönkür ağlamağa başlamışdı.

O qədər yüksək səslə ağlayırdı ki, öndəki səkkiz iştirakçı da onun hıçqırıqlarını eşidib əvvəl yavaşladılar, sonra da başlarını geriyə çevirdilər, sonra da bitmə xəttinə doğru qaçmaq əvəzinə, yerdəki bu şikəst gəncin köməyinə qaçdılar. İçlərindən biri, Down Sindromu ‘ndan
əziyyət çəkən bir qızcığaz əyildi, gözyaşları içində yerdə oturan gənci öpdü və əlindən tutub onu qaldırmağa çalışdı. Digərləri də kömək etdilər. Sonra, doqquz iştirakçı əl-ələ bitmə xəttinə doğru bərabərcə qaçmağa başladılar.
Final xəttində bu mənzərə qarşısında bütün stadion ayağa qalxmışdı. Tamaşaçılar doqquz iştirakçının da ayaqda alqışlayır; bəziləri də gördüyü heyrətamiz mənzərə qarşısında göz yaşlarını silməyə çalışırdı. Alqışlar, iştirakçılar əl-ələ bitmə xəttini keçdikdən sonra belə bitmək bilmədi…
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 2 296
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri