Həyat...

Müəllif: Catwoman666
Şərhlər: 7
Baxılıb: 2 546
Səs ver:
(səs: 4)
Nə qəribə həyatdı elə deyilmi? Bəzən insanın üzünü güldürən, bəzən insanın hər şeyə nifrət etməsinə səbəb yaradan, bəzən atdığın addımda risklərə gedərkən yanıldan, bəzən qarşındakını tanıyırsanmış kimi düşündüyündə səni yanıldan, bəzən də bütün çətinliklərə baxmayaraq ayaqda durmağa sənə təkan verən yenə də HƏYATdı. Amma heç birimiz onu tam olaraq tanıya bilmirik. İstəsək də tanıya bilmərik. Həyat bir labirint kimidir ya içində itəcəksən yada başladığın nöqtəyə geri dönəcəksən.
Nə öyrəndim bu həyatdan? Əslində çox şey öyrəndim. Təmiz ürəkli olmanın mükəmməl olmaqdan daha vacib olduğunu öyrəndim, Bir uşağın evlilik problemlərini həll edə bilməyəcəyini öyrəndim, İnsanın özündən daha problemli biriylə evlənməməsi lazım olduğunu öyrəndim, İnsanlarla yaxşı rəftar etməyin heç bir mənasının olmadığını öyrəndim, Kimlə evlənəcəyin qərarının həyatda verilən ən vacib qərar olduğunu öyrəndim
Həyat bizi elə yerlərə sürüklüyür ki, bəzən hansı yoldan gedəcəyimizi, harada olacağımızın fərqinə belə varmırıq. Və həyat bizə elə şeylər öyrədir ki, əslində heç öyrənmək istəmədiyimiz şeyləri öyrədir. Yəni belə desək, mənə görə həyat çox qarışıq və qısa...Etmək istədiklərimizi etmək, xəyallarımızı gerçəkləşdirmək üçün çox az zamanımız var həyatda. Amma həyatda, yaşamaqdan zövq ala bilmiriksə əgər, xoşbəxt ola bilmiriksə, onda yaşamağında bir mənası qalmır. Hər şeyi əlimizdə olan o qısa zamana buraxmaq məcburiyyətində qalırıq. İnsan sevilmədən sevməyi, yaşamadan ölməyi bilməz. Amma bunları yaşamağı həyatdan qorxmadan, onunla savaşaraq öyrənməliyik. Əngəlli bir yol kimidir həyat. Bəzən yıxılarıq, bəzən qaçaraq gedərik o yoldan...Bəzən çıxarlarımız üçün yaşayarıq, bəzən başkalarınız çıxarları üçün ölməyi belə gözə alarıq...Seviriksə əgər və sevildiyimizi düşünürüksə onda həyat çəhrayı gələr bizə. Amma həyatın o çəhrayılığı çox qısa ola bilər. Ona görə də özümüzü çox da öyrəşdirmədən , əmin addımlarla, yavaş-yavaş irəliləməliyik ki o kiçik sevgi dolu ürəyimiz yaralanmasın. Mənə görə doğru olan və əsla unutmamağımız lazım olduğunu düşündüyüm son bir söz: EŞQ: ədəbiyyatla başlar, riyaziyyatla bitər )
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 546
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri