Gülümsə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 805
Səs ver:
(səs: 1)
Əlimdə olsaydı da saxlasaydım zamanı kaş ki. Zaman dayanardı mənsə bu skamyada əyləşib seyr edərdim ətrafı. Görüm zaman duranda insanlar hansı iyrənc sifətləri alacaq...Kim hansı imicə düşəcək? Yox, əşşi...camaatdan mənə nə. Mənə qalan dəniz oldu, dalğalar oldu...Mən bilmirəm artıq neçə ildir ki, içimi tam olaraq heç kəsə açmıram. Təkcə vərəqə yazıram. Yazdıqca yazasım gəlir. Gözümü açdığımda yazdığım ya bir roman olur ya da bir hekayə. Heç gözümü açmadan yazsam görəsən neçə cildlik bir əsər olar həyatım? Görəsən daha nə qədər öz həyatımı başqa birisinin üzərinə köçürərək yazacam vərəqlərə? Niyə insanlar bu qədər axmaqdı? Niyə qorxuruq axı qəlb qırmaqdan? Niyə hər zaman qırılan bizim qəlbimiz olur, nəticədə gözlərimiz yaşlara dolur, nəfəsimiz çatmır, ürəyimiz boğulur. Niyə əksəriyyətə içimizdən keçənləri, ona qarşı hiss etdiklərimizi demirik də, içərimizdə saxlayıb özümüzə əziyyət veririk? Bir də zaman dəyişib deyirlər. Dəyişmiyib, şair. Əgər mən bu gün dərdlərlə , sıxıntılarla yaşayıramsa, hər gün səviyyəsizlərl qarşılaşıramsa, hər gün özümdən çıxıramsa dəyişmiyib. Zibili çıxıb hər şeyin. Xeyr, xeyr mən üsyan etmirəm, əstagfrillah, əsla da etmərəm. Şükür bu günümə də. Mən sadəcə haqsızlıqları uda bilmirəm, göz yuma bilmirəm. Bəlkə də yumuram elə kim bilir. Yumuram və susuram. Bir gün əbədi sükuta qovuşmağı gözləyərək. Amma sükutla da yaşamaq olmur. Sıxır adamı. Bu həyatda heç nəyi əbədi surətdə yaşamaq olmur. Insan belə ölümlüsə , hislər niyə ölümlü olmasın?
Gülümsə..
Tarix : sükuta saatlar qala...
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1 805
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri