Gözümüzün önündə olan xəzinələrimiz...

Müəllif: Fialka
Şərhlər: 7
Baxılıb: 3 252
Səs ver:
(səs: 4)
Qadının biri comərd olduğu deyilən yaşlı bir müdrikin yanına gedib deyir:
- Bu şəhərdə məndən kasıb insan yoxdur! Mənə bir az kömək edərsinizmi?
Müdrik adam qadının qucağındakı körpənin bir ipəyi xatırladan yanaqlarını oxşayıb öpdükdən sonra:
- Demək kasıbsan! Həm də çox kasıb, amma qarşılıqsız kömək etmək adətim deyil! Əgər kömək istəyirsənsə, uşağının barmağını satmağın lazımdır - deyə cavab verir.
Qadın əvvəl müdrikin dəli olduğunu sanır, daha sonra da pis bir zarafat etdiyini düşünür, amma adam ciddi görünürür... Qadına bir kisə qızıl uzadıb:
- Ayaq barmağına da razıyam! - deyir. Onsuz da cərrah olduğumdan, ona acı çəkdirmərəm.
Qadın, bütün qanını donduran bu təklif üzərinə qaçmağı düşünərkən, müdrik:
- Yalnız dırnağını söksəm də olar! - deyə davam edir. Bilirsən zamanla yenisi çıxar.
Qadın bu ruh xəstəsinə daha çox dözə bilmir və qapını çırpıb uzaqlaşarkən, müdrik onun arxasından:
- Necə bir kasıb olduğunu anlaya bilmədim! - deyə qışqırır. Qucağındakı xəzinənin dırnaq qədər bir parçasını, bir kisə altına dəyişmirsən...
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 252
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri