Bağ sahiblərinin əhvalatı

Şərhlər: 4
Baxılıb: 1 653
Səs ver:
(səs: 2)
Uca Allah Qurani-Kərimdə Qureyş qəbiləsindən olan kafirlərə bağ sahiblərinin əhvalatını misal çəkir və bununla onlara böyük nemət və mərhəmət bəxş etdiyini xatırladır. Uca Allah onlara Muhəmməd peyğəmbəri – ona və ailəsinə Allahın salavatı və salamı olsun - göndərmiş, onlar isə Allahın bu lütfünə qarşı çıxıb küfr etmişdilər. Ona görə də Uca Allah belə buyurur: "Həqiqətən, Biz bağ sahiblərini sınağa çəkdiyimiz kimi onları da sınağa çəkdik” (əl-Qaləm, 17).
Bağ sahibləri qədim dövrdə Kitab əhlindən olmuş insanlardır. Onlara atalarından bir bağ miras qalmışdı. Ataları sağlığında ikən bağından aldığı məhsulu gözəl bir şəkildə sərf edərdi. O, məhsulun bir hissəsini bağın ehtiyaclarına sərf edər, bir hissəsini ailəsinin bir illik gündəlik qidası üçün tədarük edər, qalan hissəsini isə yoxsullara sədəqə edərdi. O vəfat etdikdən sonra onun oğulları bağa sahib oldular. Onlar dedilər: "Atamız məhsulun bir hissəsini yoxsullara verdiyinə görə ağılsızlıq etmişdir. Əgər biz yoxsullara verməsək, qazancımız özümüzə qalar”. Onlar buna cəhd etmək istədikdə istədiklərinin tam əksinə olaraq cəza aldılar. Uca Allah onların əlində olanların hamısını - həm bağın özünü, həm onun verdiyi məhsulu, həm də ondan sədəqə veriləcək hissəsini məhv etdi. Uca Allah buyurur:
"O zaman bağ sahibləri səhər açılanda bağda olan meyvələri mütləq dərəcəklərinə and içmişdilər və heç bir istisna da etməmişdilər. Onlar yuxuda ikən Rəbbinin əzabı o bağı bürüdü. Bağ yanıb zülmət gecə kimi qapqara oldu. 
Onlar səhər qalxdıqda bir-birlərini çağırdılar: "Əgər meyvə dərəcəksinizsə, bağınıza erkən gedin!"
Onlar bağa yollandılar, yol boyu da bir-birlərinə belə pıçıldayırdılar: "Bu gün oraya – yanınıza heç bir kasıb girməsin!"
Onlar bu məqsədlə kasıbları bağa buraxmamağa qadir olacaqlarını zənn edib erkən getdilər. Bağı görəndə isə belə dedilər: "Deyəsən, biz düz gəlməmişik! Xeyr! Biz bu bağın xeyrindən məhrum olmuşuq!"
Onların ən insaflısı dedi: "Məgər mən sizə Allahın şəninə təriflər söyləyin deməmişdimmi?"
Onlar dedilər: "Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən də, biz özümüzə zülm etmişik!"
Onlar dönüb bir-birlərini qınamağa başladılar və dedilər: "Vay halımıza! Biz həddi aşanlarıq! Ola bilsin ki, Rəbbimiz bizə bu bağın əvəzinə ondan daha yaxşısını versin. Əlbəttə, biz Rəbbimizə yönəlirik".
Dünyadakı əzab belədir. Axirət əzabı isə daha böyükdür! Kaş biləydilər!” (əl-Qaləm, 18-22).
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 1 653
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri