Bir baxış
insanı min bir gözəlliyə aparır. Xoş bir insanın gülüşü bəs edər məncə,
həyata yenidən qayıtmağa. Bir baxışla ömürlük sevə bilməsəndə, bir
xatirə içində ömürlük yaşaya bilərsən. Bəzən xatirələr və göy qurşağı
payızda belə, yazın gəlişinə səbəb ola bilər. Gözəllik hər dəfəsində
insanın içərisinə daxil olub höküm verə bildiyi halda, aldada da bilir.
Əgər aşiq olmusansa aldana bilmərsən əsla, çünki eşq, Allahın bizə
verdiyi ən böyük zinətlərdən biridir. Hər insan aşiq ola bilir. Kimisi
yalana, kimisi usyana, kimisi şeytana və kimisidə Allaha. Və bu bir daha
sübut edir ki, Tanrı hər kəs üçün yaradıb eyni hissi, ayrı seçkilik
etmədən, amma hər kəs eyni birini sevə bilməz.
"Yazılmalı olan" Bu artıq öz duyğularımızın səbəbidir.
- Adlar heç vaxt sevə bilməz və heç kimə doyunca sarıla bilməz, amma
xoş görsənə bilər. Əl-ələ verib göy üzünə addımlamaq və orda, buludların
içində yaşamaq. Əminəm sizdə arzulamısız.Xoşbəxt bir ruhun içində
gizlənən balaca bir uşağın, gülüşünə aşiq olduqdan sonra dünyanı
sevərsən.Sırf içində həmin cisim, həmin ruh və balaca bir mələk yaşadığı
üçün sevərsən.Bir neçə dəfə eyni yazını yazmaq kimidir, yuxudan
ayılanda eyni otağı izləmək.Ayılmaq istəmədiyimiz yuxular var, hansı ki,
həmin yuxularda bizi yaşadan insanlar görünür, hansı ki, xoşbəxtlik
bircə o yuxuda canlı görsənə bilir. Evədn çıxıb havanı içinə çəkmək,
qulaqlarda qulaqcıq və ömrümüzdən gedən günləri düşünmək. Həmin son
zəng, həmin kitablar, həmin qış və sürüşdüyüm gülüşlər. Hərdən
fikirləşirəm, görən boşamı getdi o günlər?
- Məncə heç bir gün boşa getmədi, axı geri boylanarkən xatırladığım
biriləri var dünənlərdə.Həmin o insan, hansı ki, gülüşü 360 dərəcə
xoşbəxtliyimi döndərə bilən kəs. Çox şey borcluyam, əlindən tutduğum
insana.Hər əldə biz iz var, hər izdə də bir xatirə.Çox gözəldir,
xatirələrin əlindən tutub xoşbəxtlikdən danışmaq.
- Elə deyilmi?
-Məncə elədir.Qanadlanmaq,eyni arzunun adamı olmaq və bir yuxunu dəfələrlə təkrarlamaq.Görən bunlar təsadüfmü?
- Əlbətdəki deyil.Qismət, yaşanmış və davam edən cığırlardır.Ömrünü bir
qadını bəxş etmək necədə gözəldi, həmin insan, sənin ən dəyərli və əvəz
olunmaz gülüşünə çevirlir.Bütün xəyallarını ona danışmaq və xəyalınnın
canlı forması, hal-hazırda yanıında əyləşdiyini ona xatırlatmaq.
Həyat nə üçün yaranıb sizcə?
- Çıxın o qaranlıq otaqlardan, gülüşünüzlə qəlbinizə ışıq yolu
açın.Yaxınlarınızı və etibar etdiyiniz hissləri incitməyin.Biz həyatın
ən önəmli varlıqlarıyıq, unutmayın bunu. Özünüzə söz verin və bir günlük
hər kəsə həqiqəti danışın və davam edin. Söylədiyinizə əmin olun!
- İlk olaraq bir çox şey itirəcəksiniz, hansı ki, onlar çoxdan
itirməliydiniz. Və işinizi sevərək, əlindən tutduğunuz insanı ömür boyu
xoşbəxt edə biləcəyinizi düşünün. Hər gün eyni ümid və eyni inac. Məncə
bizə bu yaraşar, yoxsullara isə qaranlıq və itirilmiş otaqlar!
- Özünüzə inan və bu gündən qazanmağa başlyın.
Nəyimi?
- İlk olaraq özünü!