Payızdan sarılar

Şərhlər: 4
Baxılıb: 2 189
Səs ver:
(səs: 3)
Həyatda hər kəsin bir məqsədi vardır əslində.Və bu məqsədə nail olmaq üçün, bir neçə prablem önünü kəsər.Yaşamaq üçün üz tutduğun yerlərdə, sənə boş anketdən başqa, heçnə vəd edə bilməzlər.Həqiqətən bu şəhərdə, bu ölkədə xoşbəxt olmağı bacarmaq, necə başa salım, bilmirəm...Bəlkədə bilirəm, bəlkə çox qorxuram.Yolda cərmə yazmağı, və qanunları pozmağı bacaran qanun adamlarımız,
- Yorulmursunuzmu?
- Ey Allah yardım et bizə.Somali xalqı toxluğunu itirdiyi kimi, bizdə vicdanımızı itirdik. Bəlkədə kömək edirsən bizə, bəlkədə biz buna layiqik.Mənə ixtiyar verilsəydi, yaxşı insanları seçib, xəritədən ölkəmi silərdim.Əllərim titrəyir hər lazımsız mövzunu yadıma salanda.Bu şəhər zülmü çox əzizləyir, bəlkə ona görə ağrılar bizə, ailəmiz qədər doğma olub?...
- Mən nə deyəcəydim unutdum, əslində bunları yazmaq fikrim yox idi, amma beynim sıxıb saxlaya bilmədi. Görəsən silim, onsuz həqiqəti hamı bilir? Hava çox gözəl, sevgidən yazmaq əvəzinə, görün nə yazıram... bütün işi korladım.Axı insanlar elə yazılara daha çox meyillidir, axı insanlar, təkçə "sevirəm" sözünü utanmadan deyə bilir...
Hər şey əslində başqa cür olmalı idi. Bilmirəm necə, amma onu dəqiq bilirəm ki, belə olmamalı idi.Müvəqqəti narahatçılığa görə, əbədi dustaq oluruq, uzaqdan xəyalında olduğumuz tikililərdə.
Olmalı insan ola bilmədim, əslində bunları yazmaq üçün böyüməmişdim. İşimi sevən və sevgini layiqincə ürəyində saxlayan biri olmalı idim.Amma nəinki işimi, sevməyi belə bacarmadım.Xatirələrlə yaşamağı öyrəndim, çünki yağış yağanda pəncərəyə şəklimi çəkə billmişdim.Tək xəstə olanda deyil, həmişə yaxınlarımı düşünmək istəmişdim.Ədalətsiz dövlətim yoxdur, sadəcə boz küçələri və öyrəşgənli bir cəmiyyətim var.Hər şey unudulacaqsa, xatırlamağın nə mənası var ?!
- Yazdığım mövzunun adını bilməsəmdə, rəngini əminliklə deyə bilərəm,
- Boz.
- Bu rəng axtardığımız rəng deyil, nədə xəyal etdiyimiz xoşbəxtliyin simvolu.Sadəcə dörd fəsildən ibarət və ağrısı xoş görsənən bir cəmiyyətin, ruh halıdır.Bu yazıya görə məni qandallamasalarda, əminəm ki, bir neçə ildən sonra unudacağlar.Biz televizyadan görüb, sosial şəbəkələrdə etiraz edən millətik, qorxun bizdən.
- Nə istəyirəm bilirsinizmi? ...sizi belə görmək istəmirəm, həqiqətən. Məsciddə dua etmək gözəldir, düz deyirəm?
- Mən nə danışıram, axı siz hardan biləsiz?
- Nəysə, bağışlayın getməliyəm.Bunları ancaq boş vaxtlarımda yazıram, çünki boş sözlər toplusudu bu sadəcə.Bəlkədə dolu sözlərdi, amma beyinləriniz bunları qəbul etməz.Çünki beyniniz boş deyil, nəynəsə doludur, bəlkədə... Nəysə çox dərinliyə getmiyim.Özünüzə yaxşı baxın, axı bunu yaxşı bacarırsız
(səs: 3)
Şərhlər: 4
Baxılıb: 2 189
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri