Gülməkdən intihar etdim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 1 845
Səs ver:
(səs: 4)
Gözlərimi açıram.Deyəsən,mən sağam.Ətraf,divarlar,əşyalar dünən,o biri gün,üç ay,doqquz ay,bir il əvvəl necə idisə elə də qalıb.Bəs necə olmalı idi ki?!Düşünürəm məsələn,yuxudan duranda divarlardan biri olmasa,üç divarlı otaqda,kitab rəfim tavanda yerləşsə idi maraqlı olardı.Səhər-səhər bu qədər fikir bəsdir.İşə getmək lazımdır.Gərək hazırlaşam.Şkafı açıram və "nə gəldi" götürüb geyinirəm.Pərdələr bağlı olduğu üçün otağım və ümumiyyətlə kiçik mənzilim ala-qaranlıqdır.Açığı,bu mənim xoşuma gəlir.Özümü rahat hiss edirəm.Əslində günəşə elə də ehtiycım yoxdur.Mənim bir pərdəm onun işığının qarşısını alır.. lazım olanda mən özümə günəş yaradaram.Mən yaratdığım günəşi heç bir pərdə qapaya bilmir,istisi dünyamı isidir.
Əlimdə qəhvə ilə pəncərəyə yaxınlaşıb pərdəni azca açıram üçüncü mərtəbədən aşağı elə də fərqli görünmür.Ora -bura gedən kütlə və əlini açıb gözünü yummuş dilənçi görürəm.Onun hərəkətləri bir-birinə ziddir.Niyə gözünü yumur ki ?Bəlkə utanır...Amma yox.Yəqin o da günəşi görmək istəmir.Günəş ona onların əyri mərhəmətini göstərəcək.Hər nə isə,ona çörək lazımdır.
Yenə istər-istəməz ağlıma bu fikirlər gəlir.Mən hər gün özümə intihar planları hazırlayıram.Nəzərə alsaq ki,mən demək olat ki ,hər şeyi fikirlərimdə edirəm intiharımın da bura daxıl olması təbiidir.Məsələn,dünən özümü qaz turbasından asmışdım,ondan evvəlki gün xeyli sayda antidepresantı spirtli içki ilə içmişdim,daha əvvəl isə hər gün istifadə etdiyim metro qatarının altına tullanmışdım.Bu fikirlərə mübtəla olmağımdan təxminən bir il keçir.Amma hər yuxudan durana bu haqda düşünməsəm olmur.Hələlik bu gun ağlıma bir şey gəlmir.
Modern dünya və onun əlamətlərindən heç xoşum gəlmir,açığı,lap ürəyim bulanır.Elə bu zəng çalan telefon kimi:
-Alo...
-Salam oyanmısan,ya hələki ikinci qəhvəni içməmisən?ahaahaha
-Nən istıyirsən?...
-Qulaq as,dünən mənə dedin ki,hərdən ürəyimin səsini dinləyim.Dinlədim,71 dəfə döyünür.
Və məni dəhşətli gülmək tutur hıçqırtı ilə gülürəm gülməkdən ölürəm,hətta gülməkdən intihar edirəm.
(səs: 4)
Şərhlər: 5
Baxılıb: 1 845
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri