H.N-ni tanıyırsınız?!

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 2 037
Səs ver:
(səs: 2)
H.N.(Heç Nə ) var olsa da hamı onu inkar edib durmuşdu.Onun görünməz ağzı açılanda ya kimsə xoşbəxtlikdən nə edəcəyini bilmirdi,ya da kimsə hiss etdiyi ağrının gücündən bir küncə çəkilib yenə nə edəcəyini bilməzdi.Deyirlər axı..Ağrının da bir həddi var.Elə ki ora çatdın səni qarşılayan yoxluq olur.Samanlıqda iynə axtaran kimi ağrını axtarardın,amma heç vaxt tapa bilməzdin.Onda H.N. o yoxluqda bir kölgə olub keçərdi yoldan..
O yaxşı bilir ondan nə gözlənilir.Kiçik də olsa böyük işlər görməsi gözlənilərdi.Lap güllə kimi..Elə ki suallar onu özünə cavab seçərdi,o da tez özünü çatdrıradı.
Nifrət görərdi gözlərdə....Dərd ,kədər,qəm,inam,inamsızlıq,inanmaq istəyi və hələ nə onun, nə də həmin  duyğuları yaşayan insanların belə ad verə bilmədiyi duyğuları görərdi..
H.N-yə baxan duyğuların hamısı bir gün o olmaq istəyirdi.O da onlardan biri olmaq.Başa düşmürdü.Ona çevrilmək onların nəyinə lazımdır?!Bəs onlara çevrilmək onun nəyinə lazımdır?!
Bir dəfə o bütün duyğuların ruhuna soxuldu.Özünü yalanın yerinə qoydu.Onun paltarını geyindi.Hamı onu danışır.Ancaq sonra unudulurdu.Yalanın paltarı yamaq içində idi.Hamı onu arzulayır,amma heç kəs onu istəmirdi.
Bir az da həqiqət oldu.Onda H.N. həqiqətin necə ağır yük daşıdığını dərk etdi.Atlas belə bu qədər güc sərf etdmirdi dünyanı daşımağa.Yenə dəyişdi H.N. bu dəfə ağrı oldu.Çox tutdu qulaqların,çox örtdü gözlərin.Bir ara xoşladı ağrı olmağı ancaq sonra ağrı da yox oldu.
H.N. hər şeyə bir az nifrət etdi.Nifrətə çevrildi.Sıxılmış yumruqlar,düyünlənmiş alınlar.Nifrət öz-özünü məhv edirdi. H.N sevgi olmağı heç istəmədi.Sevgi işgəncə aləti idi.Nifrət onun yanında nədir ki?!
H.N. hər şey oldu.Ancaq onu qane edəsi bir şey olmadı.Başa düşdü ki,o heç nəliyində xoşbəxtdir.
H.N.  uzun müddətdir heç kəsin gözündə ona çevrilmək hissi görmür.Elə o da bu fikrindən daşınıb.Deyəsən hamı qibtələrini basdırıb.O H.N.-dir.Heç Nə!! Böyük bir heçlik.Qapısı hamıya , açıqdır.Amma açıq apıdan oğru girmir ki( hardasa oxumuşdum )...
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 2 037
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri