Unudulmayan sevgi

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 3 209
Səs ver:
(səs: 0)
Kimisə gözləyirmiş kimi heç vaxt gözlərini yoldan çəkməzdi.Səhər açılar-açılmaz yenə həmin yolun kənarında dizlərini qucaqlamış vəziyyətdə oturardı.Dinməz,danışmaz,bir kimsəylə kəlmə kəsməz,günləri biri-birinin ardınca beləcə yola verərdi.Bir neçə dəfə görmüşdüm onu həmin yerdə.Yaxınlaşmaq istəmişdim,amma nədənsə buna cürət etmirdim.Bəlkə qorxurdum onun bu qəzəbli görünüşündən.Yox.Bəlkə nəsə soruşsaydım üstümə qışqıracaqdı.İnanmıram.Həmişə yanından keçəndə yalnız bu qəmli misraları eşitmək olardı.
Yollar gözümdə böyüyər sonunda sənə çatmaq yox ki
Kiçik bir uşaq kimiyəm indi kədərli ağlayaraq
Sənin şəfqət dolu qucağını elə axtarıram ki
Qolum-qanadım qırıq ...sən olmayınca
Barəsində danışdığım insan iki il əvvəl canından çox sevdiyi nişanlısının bir neçə əli silahlıların atəşinə tuş gəlməsi nəticəsində ölməsi və buna görə "Məcnun" kimi gözü yollarda qalan 26 yaşlı Tahir idi.Məni bu haqda maraqlanmağa vadar edən onun qəmli,yalvarışlı baxışları idi.Ağlayanda onu sakitləşdirmək qeyri-mümkün hal idi.Dözməyib soraqlaşıb yaşadığı evə getmişdim.Əvvəl qapını döyməyə cəsarət etmirdim.Düşündüm ki,əgər evdəkilərə mən Tahirin vəziyyəti ilə bağlı hadisəni öyrənməyə gəlmişəm desəm yəqin ki mənfi cavab verəcəkdilər.Bəlkə də aldığım cavabı günlərlə fikirləşəcəkdim "axı mən ora pis niyyətlə getməmişdim".Tərəddüdlü addımlarla qapıya yaxınlaşdım.Yerdən kiçik daş parçası götürüb astaca qapını taqqıldatdım.Kimsə açmadı.Qapının cəftəsini əyəndə açıq olduğunu gördüm.İçəridə kimsə yox idi.Düşündüyüm kimi olmadı.Qaranlıq otaq,küncdə stol,üzərində bir şəkil və şəklin yanında qan ləkələri olan ağ köynək.Təəccübləndim.Boynuma alıram ki,biraz da qorxdum.Ayaq səsləri eşitdim.Gələn Tahir idi.Qəzəbli baxışlarıyla məni süzdü.Mənsə donub yerimdəcə qalmışdım.Nə deyəcəyimi bilmirdim.Getmə istəyirdim ki birdən Tahirin "dayan" deyə səslənməsi qulaqlarımda elə bil təbil səslərini canlandırdı.Fikir vermədən yenə addımladım.Yenə Tahir "dayan" deyə səsləndi.Artıq bu dəfə əmin oldum ki,Tahir mənimlə danışmaq istəyir.Arxaya çevrildim.Onun gözlərindən yaş  axa-axa sakitcə pıçıldayırdı "mən onu itirdim", "onu vurdular", "qanlar içindəydi" .Bu sözlərdən sonra Tahirə yaxınlaşıb onu sakitləşdirməyə çalışdım.Hıcqırtısı evi bürümüşdü.Sakitləşdikdən sonra başına gələnləri mənə danışdı.Sən demə iki il əvvəl nişanlısı Kəmaləni öz kəndlərinə gəzməyə gətiribmiş.Gəzinti bitdikdən sonra onu evlərinə ötürmək üçün yola çıxır və sonuncu dəfə sağollaşırlar.Gələn avtobusun içində adi kəndli paltarı geyinmiş əli silahlı adamların olacağını belə düşünməmişdilər.Bu zaman avtobusdan əli silahlı 4-5 nəfər avtobusdan enərək Kəmalənin ürək nahiyəsindən atəş açırlar.Tahir isə onları dayandırmağa çalışır.Lakin Tahirə güllə açsalar da xoşbəxtlikdən o sağ qalır.Biraz bundan əvvəl gördüyüm qan ləkəli köynək isə Kəmalənin imiş.Xəstəxanada Tahir onu Kəmalədən yadigar kimi götürmüşdü.
Nələr hiss etdiyimi kimsə bilməz,çəkdiyimi kimsə çəkə bilməz.Məni tərk etdiyin gün saçlarından bir tel qoparıb asacağam özümü,məni tərk etdiyin gün kirpiklərindən birini qoparıb sancacam qəlbimə və məni tərk etdiyin gün öləcəyəm demişdim.Amma ölmədim yaşayıram.Tahirin sözləri bir ox kimi qəlbimə sancıldı.O gündən qartıq bir il keçibdir.İndi onun nə vəziyyətdə olduğunu,nə etdiyini bilmirəm.Şəhərdə işlərim bitən kimi ilk işim Tahiri görmək olacaq.Bəlkə də o artıq evlənib,xoşbəxt ailəsi var.Ümid edirəm ki,bu belədir.Bəs siz neyləyərdiniz-canınızdan çox sevdiyinizin ağrı-acısını ürəyinizdə daşıyardınız,yoxsa öldü deyib başqasıyla xoşbəxt olaram kəlməsiylə unutdunuzmu?
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 209
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri