Dərdlərin söhbəti

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 645
Paylaş:
Səs ver:
(səs: 4)
-Salam. Siz mənə tanış gəlirsiniz.
-Hə elə siz də. Harda görmüşəm sizi düzü xatırlaya bilmirəm. O qədər basıma gələn hadisələr olub ki, keçmişimdən qalan izləri də unutdurmağı bacarıb.
-Mənsə yaxşı xatırlayıram Təbriz bazarında qarşılaşmışıq.
-Həə günlərimiz olub. Ehh hardadı o günlər. Dəyərimiz vardı, qiymətimiz vardı. Hətda hörmətimiz vardı. İndiysə..
-Bunları mənə xatırladıb dərdimi təzələmə. Rəngim bu həyatdakı gün güzaranımdan qaralıb üzərimdəki gözəllik sevilmədiyimdən solub sən də bir tərəfdən dərdimi bir daha təzələyərək məni daha da məhv etmə. Bir zamanlar kişilərə yaraşıq idim başlarda gəzərdim məni gəzdirməkləri ilə fəxr duyardılar. Kişilərin ayrılmaz hissəsiydim. Namus, qeyrət idim onlar üçün. Mənə görə can qurban verərdilər. Yetər ki, başlarından enməyəydim. İndiysə bizləri dəb xatirinə əcaib görünüş yaratmaq üçün başlarında gəzdirirlər.
-Ehh hələ məni demirsən. Qadınların həyası arı idim. Hörüklərini gizlədirdim özümdə. Butalarımla gözəllik bəxş edirdim gözlerinə. Sanki güllər açırdı al yanaqlarında. İndiysə bizə baxanda yoxdu.          Neynirlər e bizi. Süni rənglər üzlerinə gözəllik, rənglənmiş saçlar onları fərqləndirir.Bu da müasir qadının istəyi.
-Hə kişilər də elədi. Hanı indi at çapıb, qılınc oynadan ərlərimiz. Düzü bax o başlarda mən özümü məğrur hiss edirdim. Öz zəhməti ilə tərləyib məni isladan başlarda mən daha rahat idim. Yoxsa nə işim var stol arxasında əyləşib rüşvətlə "zəhmət çəkən" kişinin başında. Ondansa elə bura mənə daha rahatdı. Bilirəm ki, qeyrətsizə qeyrət donu geydirmirəm.
-Elə mən də. Namussuz biri mənə bürünərək abir- həyali olmağındansa, namuslu qadının belinə bağlanıb zəhmətinə şərik olaram.
-Doğrudur. Əhsən sənə. Kaş ki insanlar da belə düşünəydilər. O zaman onlar düzgün yolda, biz isə başlarda gəzərdik. Daha indiki kimi zibillikdə lazimsiz eşya kimi yox...

loading...
(səs: 4)
Şərhlər:
Baxılıb: 645
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv