Həyat və karandaş

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 266
Səs ver:
(səs: 4)
Uşaq babasının məktub yazmasına tamaşa edirdi.Birdən məsum bir ifadə ilə "Yoxsa mənim haqqımda yazırsan?"-deyə soruşdu.Babası bir anlıq əlini saxladı.Əvvəlcə gülümsədi,sonra isə dedi:-Doğrudur sənin haqqında yazıram ancaq əlimdə tutduğum bu karandaş yazdığım sözlərdən daha əhəmiyyətlidir.İnanıram ki sən də böyüyəndə bu karandaşı çox sevəcəksən.Uşaq karandaşa diqqətlə baxdı ancaq onda qeyri-adi bir şey görmədi.Odur ki, "Axı bu karandaşın başqa karandaşlardan heç fərqi yoxdur"-dedi."Əslində bu sənin o karandaşa necə baxmağından asılıdır"-deyə babası cavab verdi.Bu qələmin 5 xüsusiyyəti var və sən bu xüsusiyyətləri bilsən həyatda çox yaxşı bir insan olarsan.Birinci xüsusiyyət:çox gözəl işlər görə bilərsən ancaq atdığın hər bir addıma istiqamət verən "bir əl" olduğunu unutmamalısan.Bizim üçün bu "Əl" Allahdır və həmişə öz qüdrəti ilə bizə istiqamət verir.İkinci xüsusiyyət:nə yazıramsa yazım arabir dayanmalı və karandaşımın ucunu yonmalıyam.Bu karandaşı biraz "incitsə də" nəticədə daha yaxşı yazmasına kömək edir.Ona görə də acılara sinə gərməyi öyrənməlisən.Çünki nə qədər acı çəksən bir o qədər güclü olarsan.Üçüncü xüsusiyyət:karandaşla yazanda səhv etməkdən qorxmursan, çünki nə qədər səhv etsən də onu düzəldə biləcəyini bilirsən.Sən də bil ki, əgər bir səhv ediriksə onu sonradan düzəltmək heç də pis bir şey deyil.Əksinə bu bizi ədalətli olmağa sövq edir.Dördüncü xüsusiyyət:karandaşın əsas hissəsi üstündəki taxta deyil,içindəki yazan maddədir.Ona görə də sən həmişə öz içinə baxmalı və ən çox onu qorumalısan.Beşinci və son xüsusiyyəti:karandaşın iz qoymasıdır.Onun kimi sən də həyatda gördüyün hər işin bir iz qoyacağını bilməli və addımını ona görə atmalısan...
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 266
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri