Ümid

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 136
Səs ver:
(səs: 2)
Dörd şam sakitcə yanırdı.Otaqda səssizlik olduğu üçün şamların pıçıltısı eşidilirdi.Qapının arxasında dayanan uşaq diqqətlə onların söhbətini dinləyirdi.Birinci şam:"Mən sülhəm ancaq heç kim mənim yanmağıma kömək etmək istəmir.Nə qədər yanmaq istəsəm də bilirəm ki sönəcəyəm"- dedi və səssizcə söndü.İkinci şam "Mən səmimiyyətəm.Ancaq deyəsən heçkimin mənə ehtiyacı yoxdur.Artıq yanmağımın da bir mənası qalmadı"-dedi və sönərək qaranlıqlara qərq oldu.Üçüncü şam "Mən sevgiyəm ancaq insanlar məni özlərindən uzaqlaşdırmağa çalışırlar.İnsanlar hətta öz yaxınlarını belə sevmirlər.Ona görə də mənim yanmağımın da mənası yoxdur"- dedi və bir göz qırpımında söndü.Pıçıltıların kəsildiyini görən uşaq içəri girdi.Sönmüş şamlara baxaraq hönkür-hönkür ağlamağa başladı.Dördüncü şam yumşaq bir səslə uşağa təskinlik verərək "Qorxma nə qədər ki mən yanıram heç bir şam sönə bilməz.Çünki mən ÜMİDƏM"-dedi.Gözləri parıldayan uşaq ÜMİD şamını götürərək o biri şamları yandırdı.
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 136
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri