Şübhə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 1 718
Səs ver:
(səs: 1)
Ağaclara güvənə bilərsən...Çünki nə alma ağacı armud gətirər, nə də armud ağacı alma... Ağaclara güvənə bilərsən...Çünki çarəsizcəsinə budaqları altına sığındığında səndən üz çevirməz...Nə buludlardan tökülən yağışın, nə də Günəşdən süzülən istinin önünə atmaz səni...Sən getmədikcə getməz səndən. Qoruyar...Budaqlarıyla, yarparlarıyla iri gövdəsiylə hiss etdirər sənə əzəmətini...Eləcə də heyvanlara güvənə bilərsən...Turan dünyasının simvolu olan bozqurdlar məsələn...İnsanlarladost olarlar, amma başqa heyvanlar kimi insanlara tabe olmaz, kölələşməzlər. Çünki bozqurdlar yemək qarşılığında sahibinə yaltaqlanmaqdansa, hürr bir şəkildə aclıqdan ölməyi üstün tutarlar... Onlar məğlub olarlar, amma əyilməzlər, öldürülərlər, amma diz çökməzlər, ovlanarlar, amma həbsə düşməzlər...Bəs insanlar?...Insanlara güvən varmıdır?...Insan övladı yeganə canlıdır ki, sənin üzünə gülərkən arxasında gizlətdiyi xəncərdən xəbərin belə olmaz...Saxta sözləri, saxta düşüncələri gerçəyinə o qədər yaxın olar ki, fərqi hiss edə bilməzsən. Əslində kiçik bir sirr verə bilərəm sizlərə...Fərq özü 3 səbəbdən hiss olunmaz. Birinci və ən əsas səbəbi, sən özün bu fərqi hiss etmək, duymaq istəməzsən. Içdən-içə hiss etdiyin andan etibarən həyatının alt-üst olmağından qorxarsan. Ikincisi, həyat təcrübən bu yalanı gerçəyindən ayırmağa yetməz. Üçüncüsü isə tamamilə qarşındakı insanın saxtalığı əks etdirmədəki təcrübəsindən asılıdır... Ki bunu nə həyat təcrübən, nə də sən ayırd edə bilərsən...Lakin bu 3 səbəbin də ortaq nöqtəsi vardır. Səbəbi nə olursa olsun, bir dəfə insanların nə qədər təhlükəli olduğunu duydunmu, hislərin bəlkə də ən qorxulusu əbədiyən həyatına girər...ŞÜBHƏ...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 1 718
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri