Dini hekayə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 5
Baxılıb: 4 320
Səs ver:
(səs: 0)
Hədisdə var ki, dörd xristian rahibi Həzrət Əlini (ə) yoxlamaqdan ötrü onun yanına gəldilər. Öz aralarında qərara aldılar ki, bir sualı hər biri ayrı-ayrılıqda ondan soruşsunlar, əgər hamımıza bir cavab versə deməli elmi naqisdir. Əvvəl birincisi onun yanına daxil olub soruşdu:
−Mal-dövlət toplamaq əfzəldir, yoxsa elm öyrənmək?
Buyurdu:
−Elm öyrənmək daha yaxşıdır. Çünki, malı sərf etdikdə azalır, elmi sərf etdikdə isə artır.
Sonra ikincisi daxil olub həmin sualı soruşdu. Həzrət (ə) buyurdu:
− Elm öyrənmək. Çünki, elm öz sahibini qoruyur, mal isə öz sahibi tərəfindən qorunmağa möhtacdır.
Sonra üçüncüsü daxil olub həmin sualı soruşdu. Həzrət (ə) cavab verdi:
−Elm öyrənmək. Çünki, elm cəm edənin təvazökarlığını, mal isə təkəbbürünü artır.
Daha sonra isə dördüncüsü daxil olub, yenə də həmin sualı verdi. Həzrət (ə) onun cavabında belə buyurdu:
−Elm cəm etmək yaxşıdır. Çünki, elm cəm edənin dostu, mal cəm edəninsə düşməni çoxalar.
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 4 320
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri