Fani ve 3 dost

Şərhlər: 5
Baxılıb: 2 702
Səs ver:
(səs: 6)
Yer üzərində Fani adlı biri yaşayırdı. Onun 3 dostu vardı.Dostlarından ikisini daha çox sevər, onlarla tez-tez görüşər,çoxlu söhbət edərdi. Üçüncü dostu isə çox gec-gec yadına düşərdi.
Bir gün şəhərin Baş Hakimi Fanini yanına çağırdı. Fani Hakimden çox qorxduğu üçün dostlarından
birinin onunla getməsini, onu tək buraxmamasını istədi. O, əvvəlcə birinci - ən çox sevdiyi dostunun yanına üz tutdu. Dostu üzünü turşutdu və çox zəngin bir meclise devet aldığını ve buna göre onunla gede bilmeyeceyini söyledi. Fani bundan sonra ikinci - en sevdiyi dostunun yanına getdi ve ondan onunla getmesini xahiş etdi. Dostu bir az tereddüdden sonra bu xahişi
qebul etdi ve onunla getdi.Mehkeme qapısına çatanda ise ayaq saxladı ve dedi: "Bağışla,
men bundan sonra gele bilmeyeceyem, çox qorxuram.Sen özün tek getsen, daha yaxşı olar".
Fani elacsız mehkeme qapısından tek içeri daxil oldu. Hakim onu bu güne qeder etdiyi işlere göre
sorğuladı. Ele bu vaxt Faninin gözlemediyi anda üçüncü dostu onun kömeyine geldi ve ele şeyler
danışdı ki, Hakim Faninin günahlarını bağışladı. Bu hekayədə Fani biz insanlar, məhkəmə qapısı məzar daşı, Hakim isə uca Allahdır. Birinci dost bu həyatda ən çox sevdiyimiz var-dövlətimizdir ki, biz onu özümüzlə o biri dünyaya apara bilmərik.ikinci dostumuz yaxın qohum-əqrabımız, dost-tanışlarımızdır.Onlar da bizimlə yalnız məzarlığa qədər gələ bilərlər, lakin o biri terefe bizimle gedə bilməzlər.Üçüncü gec-gec xatırladığımız dost isə o biri dünyada bizə ən çox faydası toxunacaq olan bu Fani dünyada etdiyiyimiz yaxsılıqlardır.
(səs: 6)
Şərhlər: 5
Baxılıb: 2 702
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri