Namazda olan ana və odda yanmayan körpə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 3 356
Səs ver:
(səs: 4)
"Həzrət İsanın (ə) zamanında saleh və mömin bir qadın var idi. O, namazın vaxtı çatan zaman bütün işlərini buraxır və namaz qılırdı. Bir gün qadın çörək bişirən zaman namazın səsi gəlir. Qadın çörək bişirməyi buraxıb, namaz qılmağa başlayır. Namaz qılan zaman şeytan ona vəsvəsə etməyə başlayır: "Sən namazdan ayrılana qədər çörəklərinin hamısı yanacaqdır”. Qadın qəlbində ona cavab verir: "Bütün çörəklərin yanması Qiyamət günü bədənimin yanmasından daha yaxşıdır”.
Şeytan ikinci dəfə vəsvəsə edir: "Oğlun təndirə düşüb, yanır”. Qadın qəlbində cavab verir: "Əgər Allah-Təalanın qəzası budur ki, mən namazda olum və oğlum dünya atəşində yansın, mən bu qəzaya razıyam. Namazdan ayrılmayacağam, Allah oğlumu atəşdən qoruyar”.
Qadının əri evə gəlir. Arvadını namaz qılan halda görür. Çörəkləri təndirdə görür ki, yanmamışdır. Körpəsi isə atəşlə oynayır və başının bir tükü belə yanmamışdır. Allahın qüdrəti ilə atəş onun üçün bağ-bağça olmuşdur.
Qadının namazı bitən zaman əri arvadının əlindən tutur və onu təndirin yanına gətirir. Qadın görür ki, çörəklər yanmamışdır və övladı salamatdır. Kişi çox təəcüb edir və Allaha şükür edir. Qadın da şükür səcdəsi edir.
Kişi oğlunu götürüb Həzrət İsanın (ə) yanına gəlir və əhvalatı ona nəql edir. Həzrət İsa (ə) buyurur: "Get atvadından soruş ki, Allahla nə alış-veriş etmişdir və Allahla nə sirri vardır?”
Deyir:
-Axirət işini dünya işindən önə atdım.
- Heç bir zaman təharətsiz olmamışam.
- Nə zaman ki, namazın vaxtı olurdu, bütün işlərimi atıb namaz qılırdım.
- O kəs ki, mənə cəfa çəkir və məni təhqir edirdi, qəlbimə onun kinini salmırdım. Ona cavab vermir və Allaha tapşırırdım.
- İlahi qəzaya razı olmuşam.
- Allahın əmrinə itaət etmişəm.
- İnsanlara rəhimli olmuşam.
- Zöhr və gecə namazını tərk etməmişəm.
Həzrət İsa (ə) buyurur: Əgər bu qadın kişi olsaydı, peyğəmbər olardı”.
Həzrət İbrahimin (ə) və Həzrət Musanın (ə) odda yanmamaq mövzusu Quranda da zikr edilmişdir. Hər kim bütün varlığı ilə Allaha təslim olarsa, Allah hər müşkülünü onun üçün asan edər.
(səs: 4)
Şərhlər: 10
Baxılıb: 3 356
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri