Qəlbləri uzaqlaşdıran məsafə...

Müəllif: Fialka
Şərhlər: 10
Baxılıb: 569
Paylaş:
Səs ver:
(səs: 2)
Hindli bir müdriklə tələbələri gəzişərkən Qanq çayının sahilində bir-biri ilə hirslə qışqıran ailə görürlər.Tələbələrinə dönüb " insanlar niyə bir-birləri ilə qışqıraraq danışarlar? " deyə sual verir.Tələbələrdən biri " çünki səssizliklərini qoruya bilmirlər və özlərini itirirlər " deyir.Müdrik " axı hirsləndiyimiz insan yanımızda ikən niyə qışqıraq? O adama demək istədiklərimizi daha alçaq səslə də deyə bilərik elə deyil mi? " deyə təkrar soruşur.
Tələbələrindən səs çıxmadıqda isə izah etməyə başlayır: " İki insan bir-birlərinə qəzəbləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır. Bu uzaq məsafədə bir-birlərini səslərini çatdırmaq üçün qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox hirslənib qəzəblənsələr aradakı məsafəni azaltmaq üçün bir o qədər çox qışqırırlar. "
-"Yaxşı, bəs iki insan bir-birini sevərsə, necə? "
-" Bir-birlərinə qışqırmaq yerinə sakitcə danışarlar, çünki ürəkləri bir-birinə yaxındır, arada məsafə ya yoxdur ya da çox azdır."
- " Yaxşı, iki insan bir-birini daha da çox sevsə, necə? "
-"Artıq danışmazlar, yalnız fısıldaşırlar, çünki qəlbləri bir-birlərinə daha da yaxındır, artıq bir müddət sonra danışmalarına belə gərək qalmaz. Yalnız bir-birlərinə baxmaqları kifayət edər. Bax bir-birini gerçək mənada sevən iki insanın yaxınlığı belə bir şeydir. "

Daha sonra müdrik tələbələrinə dönüb davam edir:
"Bu səbəblə mübahisə etdiyiniz zaman qəlbləriniz arasına məsafə girməsinə icazə verməyin. Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun. Əks halda məsafənin artdığı elə bir gün gəlir ki, geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu tapmaya bilərsiz. "
Bəzən qışqırmaq, birilərinin xətrinə dəymək o an üçün bizi sakitləşdirə və ya haqlı olduğumuzu düşündürə bilir. Lakin sonradan yaranan peşmançılıq ağrılı olur.
 
Kaş ki, məsafələri artırmadan peşmanlıq, qəlb qırmadan yaşamağa davam edə bilsək...

Nurlanə İbrahimli

loading...
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 569
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Nur_Naz
onda bizim qelbimiz bir birinnen uzagdi hemde cox uzag cunki biz cox as halda normal danisirq hec vaxt bir birmzin sozu bir birmize xow gelmir biz nie birlildeyik bilmirem
27 mart 2016 01:16
10
Offline
mawa1
Hec vaxd sevgilimle qisqiraraq danismamiwam.onu gormedikde ese bilesirem bunu deyecem bele edecem deyirem onu goren kimi hamisini unuduram.ve gulumseyirem.09
27 mart 2016 01:10
9
Offline
Antikvar
Kaş ki, məsafələri artırmadan peşmanlıq, qəlb qırmadan yaşamağa davam edə bilsək...

Kaş...Amma nə mümkün...

Çəx bəyəndim hekayəni,daha uzun sözlər sərf edib yaza bilərdim amma sonuncu status mənim bütün demək istədiklərimi qısa şəkildə ifadə edib.Təşəkkürlər mənalı hekayə üçün.
27 mart 2016 01:09
8
Məni mən kimi sevənləri, başımın tacı - qəlbimin sevimlisi edərəm, amma gəlib məndən ikiüzlü olmağımı istəyənlərə tək sözüm"Get ayna qarşısında qalıb özünlə danış ".....
Offline
vipbetul
Gozel menali hekayedi
27 mart 2016 00:29
7
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Lola_Maya_
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
27 mart 2016 00:06
6
Offline
Cindrella
Qelb qirmaq boyuk gunahdir.Birine esebi oldugunuz zaman ona olan sevginizi yadasalin.Sevgi qezebi ve qururu azaldir
26 mart 2016 23:51
5
Offline
lale.veliyeva19
Qəlb qırmaq pis xüsusiyyətdir bu gün onunla dalaşdıq amma yaxşı ki ayrılmadıq tezdə barışdıq maraqlı yazıdır
26 mart 2016 21:40
4
Offline
Tomris Müslümova
Mənim bir qüsurum var indi bunu oxuduqca özümdə aşıladım.Dalaşanda sonda deyiləcək sözü əvvəldə demək.Bu xasiyyətimdən çox utanıram.O qədər olub ki,boş yerdən dalaşıb ayrılaq demişəm,ya acı sözlər demişəm.Yaxşı ki,o mən ağılda deyil.Yoxsa dalaşanda göydən dəyənək yağar.
Çox maraqlı yazıdır.Təşəkkürlər.
26 mart 2016 20:02
3

Sən sadəcə mənimsən...!
Online
BARBI
Calisdiqca hec kesin qelbini qirmiram. Dunya fanidir. Hec kesi acilamaq xetrine deymek olmaz
26 mart 2016 19:15
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
_damla_
Kaş ki, məsafələri artırmadan peşmanlıq, qəlb qırmadan yaşamağa davam edə bilsək...
26 mart 2016 18:43
1

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv